Maye qazın topdansatış qiyməti dövlət tərəfindən tənzimlənməyəcək

2

Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik maye qazla bağlıdır.

Qərara əsasən, maye qaz topdansatış qiyməti dövlət tərəfindən tənzimlənən malların siyahısından çıxarılıb.