Hollivud ulduzu Miki Rurkun sonuncu görüntüləri hər kəsi təəccübləndirib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Nyu-York hava limanında kameralara tuş gələn aktyor əlil arabasında olub. Üzünü gödəkçəsinin papağı ilə gizləməyə çalışan Mikinin onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Tez-tez plastik cərrahlara müraciət edən aktyorun bu xəstəliyinin elə həmin əməliyyatlar səbəbindən yarandığı ehtimal olunur.