“Mərhəmət elçisi” jurnalı 2006-cı ili fevralından fəaliyyət göstərir. Jurnalın təsisçisçi və direktoru Tahirə xanım İsmayılova, redaksiya heyətinin rəhbəri akademik Arif Paşayev, baş direktoru və baş məsləhətçisi akademik Nərgiz xanım Paşayeva, baş redaktoru jurnalist Şakir Əhmədlidir.
Yanvarın 30-da Yasamal rayon İcra hakimiyyətinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində jurnalın “YUNESKOda izimiz” layihəsinin təqdimat mərasimi keçirildi.
Mərasim iştirakçıları öncə dünya şöhrətli siyasətçi Heydər Əliyevin abidəsini ziyarət etdilər.
Daha sonra Mərkəzin akt zalında “YUNESKOda izimiz” layihəsinin təqdimat mərasimi keçirildi.
Yığıncağı “Mərhəmət elçisi” jurnalının baş redaktoru Ş.Əhmədli açdı. O, 1992-ci il martın 2-də Azərbaycan Respublikasının BMT-yə üzvlüyündən sonra ölkəmizdə aparılan uğurlu islahatlardan danışdı. Ulu öndər Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının, Silahlı Qüvvələrimizin formalaşmasındakı xidmətlərindən danışdı. Qeyd etdi ki, məhz ictimai-siyasi sabitlik nəticəsində Azərbaycan Qafqazın lider dövlətinə çevrilib.
Ş.Əhmədli Dövlət başçısı İlham Əliyev və onun xanımı Mehriban Əliyevanın ölkəmizin qüdrətinin artırılmasındakı misilsiz xidmətlərini qeyd etdi.
“AzKontrakt Səhmdar Cəmiyyəti” ASC-nin prezidenti, el ağsaqqalı Miri Qəmbərov, Azərbaycanın xalq artistləri Arif Babayev və Aybəniz Haşımova, Azərbaycanın xalq rəssamı Arif Hüseynov, professor Natəvan Dəmirçioğlu, Almaniyanın “TAUBER” Firmasının direktoru Hans –Dieter Brockschmidt, firmanın layihə rəhbəri Pərvanə xanım Bahadurqızı və başqaları Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən danışdılar.
Daha sonra “Mərhəmət elçisi” jurnalının qərarı ilə Miri Qəmbərov, xalq artistləri Arif Babayev və Aybəniz Haşımova, əməkdar artist Eldost Bayram, “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri, “Ana harayı”qəzetinin baş redaktoru Şamil Sabiroğlu, professor Natəvan Dəmirçioğluya “Milli iftixar” mükafatı təqdim edildi. ”TAUBER”firmasının direktoru Hans-Dieter Brockschmidt isə Xüsusi diploma layiq görüldü.
Sonda Bakıdakı İçərişəhər Dövlət Qoruğu ilə əlaqədar çəkilmiş sənədli film nümayiş etdirildi.
Şamilə Şamilqızı,
“Ana harayı”qəzetinin ştatdankənar müxbiri