Məşhur aktrisa: “Onu sevirəm, amma başqa…”

363

ABŞ-ın məşhur aktrisası Pamela Anderson ötən gün “Sabahın xeyir, Britaniya” proqramında maraqlı açıqlama verib.

Elchi.az xarici mediaya istinadən xəbər verir ki, bir müddət əvvəl Kim Kardaşyana məktub yazaraq, dəri kürk geyməyi buraxmasına çağırış edən xanım Anderson öz şəxsi həyatı ilə bağlı səmimi etirafda bulunub.

Adı Vikileaksın qurucusu Juliyan Assanj ilə hallanan 50 yaşlı ulduz “Assanj ilə münasibətiniz varmı” sualına cavabında “Juliyanı sevirəm” deyib.

“O, tanıdığım ən maraqlı insanlardan biridir. Çox cəsur və cəsarətli insandır. Juliyan ilə aramızdakı yaşananlara sevgi deyə bilmərəm. Sevgi həyatımda həmişə olan bir şeydi. Ancaq tək bir kişi sizə hər şeyi verə bilərmi? Bax, bu, mənə maraqlıdır. İnsana söhbət etmək üçün bir kişi, sevgi üçün isə başqa bir kişi lazımdır. Mənsə bu mövzuda çox şanslı biriyəm”, – xanım Anderson deyib.

“Yaxşı, bəs, Assanjı sevirsinizmi” sualına aktrisa maraqlı cavab verib. “Mən onu sevirəm, amma başqa partnyorum var.”

Nəcəf