Belarus Rusiyada neft yatağı almaq istəyir.
Elchi.az xəbər verir ki, bu məlumatı Belarus mətbuatı yayıb.
Bildirilib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko bu istəyini Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı dilə gətirib.
Mətbuat Putinin bu ideyanı dəstəklədiyini vurğulayıb. Sözügedən məsələnin tezliklə daha geniş müzakirə ediləcəyi vurğulanıb.