Livan, Suriya və İraq vətəndaşları öz ölkələrində Ermənistan pasportu ala biləcək.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökuməti oktyabrın 10-da qərar qəbul edib.
Bildirilib ki, Livan, Suriya və İraq vətəndaşları Ermənistanın ölkələrindəki diplomatik nümayəndəlikləri və konsulluq xidmətlərindən uyğun pasportu ala biləcək.
Buna səbəb olaraq həmin ölkələrdə vəziyyətin gərgin olduğu göstərilir.