Sabiq prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Milli Konqres Partiyası parlament seçkilərini boykot edib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, qərar təşkilatın iclasında qəbul olunub.
Milli Konqres Partiyasının rəhbərliyində əksəriyyət hesab edir ki, seçkiyə qatılacaqları halda məğlub olacaqlar. Ona görə də parlament seçkilərində iştirak etməməklə bağlı qərar qəbul olunub.
“Qərar çoxluğun iradəsi ilə qəbul edilib”, -partiyanın açıqlamasında bildirilib.
Qeyd edək ki, dekabrın 9-da Ermənistanda növbədənkənar parlament seçkilər keçiriləcək.
2008-ci ildə təsis edilən Ermənistan Milli Konqresinin qurucusu və sədri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyandır.
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
İran, İsrailin hücumu halında Dimonadakı nüvə tədqiqat mərkəzini vura bilər. Elchi.az xəbər verir ki, bu barədə İranın dövlət telekanalı "Press...