Layiqli davamçı

41

Ulu öndər H.Əliyevin layiqli davamçısı İlham Əliyev 1961-ci ildə anadan olmuşdur. 2003-cü ildə  hakiyyətin başına gələn  İlham Əliyev dünyanın ən gənc dövlət başçısı idi. İlham Əliyevin siyasətinin mərkəzi qurub-yaratmaq, xalqını xoş günə,firavan həyata qovuşdurmaqdır.

Preziden İlham Əliyev Azərbaycanın inkişafı naminə misilsiz işlər görür.Onun uzaqgörən siyasəti nəticəsində ölkəmizin bütün sahələri inkişaf edir. Məhz bu siyasət sayəsində azərbaycan inkişaf edən ölkələr sırasına qoşulub.

İlham Əliyev prezident seçilərkən vəd etdiyi kimi Azərbaycanı inamla irəli aparır. Ölkə başçımız  xalqımızın rifahının yaxşılaşdırılması, Azərbaycanın dünyada tanınması üçün apardığı xidmətləri əvəzolunmazdır.

O zaman xəyal kimi görünən, amma indi prezidentin vəd etdiyi  yeni və çoxlu sayda iş yerlərinin açılması illər keçdi və reallaşdı.

İ.Əliyevin keçirdiyi islahatlar Azərbaycana çoxlu-çoxlu nailiyyətlər gətirir. Onun təşəbbüsü ilə yaradılan “Asan xidmət” mərkəzləri dövlət orqanlarının fəaliyyətlərinin artmasında, vətəndaşlara göstərilən xidmətin təkmilləşdirilməsində müasir elekton xidmətə keçidi sürətləndirmişdir. Beləliklə “Asan xidmət” brendə çevrilərək  dünyada bir sira ölkələrin marağına və onlar tərəfindən öyrənilməsinə  səbəb olur.

Dövlət başçımızın hərtərəfli strategiyası ilə regionlarımızda  tanınmaz dərəcədə dəyişikliklər diqqəti cəlb edir. Həyata keçirilən strategiyanın nəticəsi olaraq regionlarımızda bir sıra iş yerləri açılmış, məktəblər inşa edilmiş və ya yüksək səviyyədə təmir olunaraq  komputer və digər avadanlıqlarla təchiz olunmuşdur.

Hətta  Azərbaycanda dünya miqyasında ən güclü ordu təşkil olunub. Prezident, Ali Baş Komandan  İlham Əliyevin ən böyük  nailiyyətlərindən biri də öz gücünü və döyüş qabiliyyətini göstərən Azərbaycan Ordusunun gücləndirilməsidir. Belə ki, bir zamanlar Azərbaycan ancaq xarici olkələrdən silah tədarük edirdisə, indi  Müdafiə Sənaye Nazirliyinin yaradılması ilə artıq  özümüz də  silah və texnika istehsal edirik.

İ.Əliyev əhalinin poblemlərinin həlli, onların müasir səhiyyə xidməti ilə təmin olunmasında da bir sıra addımlar atmışdır. Paytaxtda və eləcə də regionlarımızda müasir və qabaqcıl tibbi avadanlıqlarla təchiz olunmuş xəstəxanalar, müalicə mərkəzləri, səhiyyə ocaqları tikilərək istifadəyə verilib.

Umumilli lider Heydər Əliyevin qeyd edirdi ki, ”Azərbaycanı İdman kimi heç nə tanıda bilməz”. Məhz  İ.Əliyevin da bu fikrə önəm verdiyini onun idman sahəsindəki gördüyü işlər, idmana, idmançılarımıza verdiyi dəyər təqdirə layiqdir. Bunun nəticəsidir ki, Azərbaycan Respublikası I Avropa oyunları,  IV İslam Həmrəylik Oyunları və 42-ci Şahmat Olimpiyadası kimi bir sıra mötəbər beynəlxalq idman oyunlarına ev sahibliyi etmişdir.

Prezident İ.Əliyev multikulturalizmi və tolerantlılığı Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırmışdır. H.Əliyev Fondunun həyata keçirdiyi layihələrdən biri “Euravision” kimi böyük mahnı müsabiqəsinin ev sahibliyini edərək Azərbaycan musiqisini, mədəniyyətini dünyaya tanıtmışdır.

Ölkə başçımızın ölkəmizin gələcək inkişafı üçün göstərdiyi əsas strategiyalardan biri də “Azərbaycan 2020 gələcəyə baxış” İnkişaf Konsepsiyasıdır.

Yaşının üstünə yaş gələn prezidentimizin bu gün 57 yaşı tamam olur. Onu ürəkdən təbrik edirik. Azərbaycanımızı dünya arenasında tanıdan ümumilli liderimiz H.Əliyevdən sonra  ölkə başçımız, Ali Baş Komandan, prezident İ.Əliyevə ölkəmizin inkişafı naminə tutduğu bu yolda nailiyyətlər uğurlar diləyirik. Daim yaşasın, Azərbaycanımıza , millətimizə gözəl, xoş günlər yaşatsın.

Leyli Çələbiyeva