Daha əvvəl əldə olunmuş razılaşmalara sadiqlik bütün çətin problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas açardır.
Report xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-ə üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 23-cü iclasında deyib.
Onun sözlərinə görə, münaqişələrin nizamlanması müəyyən olunmuş formatlar çərçivəsində bütün tərəflərin iştirakı və onların maraqlarının balansı əsasında həyata keçirilməlidir.