APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ ordusunun generalı Ceyms Terri bildirib.
Onun sözlərinə görə, kürd silahlı dəstələri şəhəri amerikalıların endirdiyi havazərbələrinin köməyi ilə azad etməyə müvəffəq olublar.
Mətbuatda son günlər Kobaninin kürd silahlıları tərəfindən azad olunması barədə məlumatların yayılmasına baxmayaraq ABŞ bu məlumatı bu günədək təsdiqləmirdi və şəhər uğrunda hələ də döyüşlərin davam etdiyini bildirirdi.