“Güllələr yağış kimi yağırdı, müharibə gedirdi”
”Associated Press“ agentliyi ABŞ-da baş vermiş növbəti ailə darmı barədə geniş reportaj təqdim edib. Xəbərdə deyilir ki, kürəkən 2 ədəd 30 güllə tutumlu darağı qayınatasının yaşadığı evə avtomat silahla yağış kimi səpələyib. Nəticədə 3 nəfər ölüb və bir neçə nəfər yaralanıb.
Təpədən dırnağa kimi silahlanmış kürəkənin hadisə yerinə gəlmiş polsilərlə atışma zamanı aldığı güllə yaralarından keçindiyi ehtimal edilir. Bu barədə Kemberland polis şerifi Butler agentliyə məlumat verib.
“Sanki o, vəhşiyə dönmüşdü, dayanmadan xaotik atəş açırdı”, – Butler deyib. Şerif Onu da vurğulayıb ki, mərhum qayınatanın evinin qarşısı gilizlərlə doludur.
Hadisə isə səhər saat 7-də başlayıb. Həmin vaxt 41 yaşlı Valeri Mixails 911-ə, (polisə məxsus nömrə) zəng vuraraq yardım istəyib. Xanım Mixails əri Endryu ilə mübahisəyə girişib. Əri də onu silahla təhdid edib.
Müstəntiqlər deyiblər ki, sonra Valeri Mixails silahı ərindən ala bilib. Silahsız qalan ər bu dəfə xanımını bıçaqla hədələyib. Zoraklıqdan yaxa qurtarmaq üçün qadın atasının evinə qaçıb…
Endryu qaynatasının evinə maşınla özünü çatdıranda içəridə 7 nəfər olub. O, dayanmadan avtomatdan atəş açıb. Nəticədə 61 yaşlı Qari Simpson və onun 10 yaşlı nəvəsi Trekvan Kovinqton ölüb.
Atışma zamanı Endryunun polis tərəfindən öldürüldüyü güman edilir. İkinci versiyaya görə, o, özü özünü öldürüb. Onun maşınından daha 2 avtomat darağı tapılıb. Polislər deyirlər ki, əgər Endryu bu güllələrdən də istifadə edə bilsəydi, öldürülənlərin sayı daha çox olardı….
Qonşularsa bildiriblər ki, hadisə yerində əsl müharibə gedirmiş…
Polis şefi onu da vurğulayıb ki, gülləkeçirməz jiletlər polislər arasında ölümün qarşısını alıb: “Xoşbəxtlikdən güllələr jileti yarıb keçə bilməyib, amma yaralananlar var”…
Xatırladaq ki, Amerikada bir çox silahlar açıq satışdadır. Bu səbəbdən də ölkədə bu kimi silahlı insidentlər tez-tez baş verir.
Elbəyi Həsənli