Keçmiş məhkumdan üç kiloqramdan çox heroin və tiryək götürüldü

4

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının paytaxtın Yasamal rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İ.Vəliyevdən 1 kiloqramdan artıq heroin və 2 kiloqramdan çox tiryək aşkarlanaraq götürülüb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı cinayət işi başlanıb.
İstintaq və əməliyyat tədbirləri aparılır.