ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları nəticəsində ölənlərin sayı 10-a çatıb.
Elchi.az Trend–ə istinadən bildirir ki, ölənlər arasında yanğının söndürülməsində iştirak edən texniki işçi də olub.
Daha əvvəl 6 nəfərin öldüyü bildirilirdi. Onlardan 2-si yanğınsöndürən, 4-ü isə yerli sakin olub.
Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları bir neçə həftədir davam edir. Vəziyyət isti hava səbəbindən daha da çətinləşir.