Kəlbəcərin kəndindəki kətə festivalına 12 min erməni toplaşdı…-VİDEO

4

26 ildən çoxdur ki, işğal altında qalan Kəlbəcər rayonunun  “Aterk” adlandırılmış Həsənriz kəndində  ermənilər kətə festivalı keçiriblər. 

Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı saytlar məlumat yayıb. Məlumata görə, 120 pavilyonun açıldığı tədbirə 12 min erməni qatılıb. İşğalçılar festivalda kətə ilə yanaşı, Azərbaycan torpaqlarında yetişən, hazırlanan digər məhsulları da nümayiş etdiriblər.Xatırladaq ki,  ermənilər Azərbaycanın milli qida növlərindən olan kətəni “Jenqlyav has” adlandıraraq dünyaya erməni qidası kimi təqdim edirlər.

Ötən il Xocavəndin Tuğ kəndində keçirilən festivalda  2, 83  metrlik kətə hazırlanmışdı, bu  ilə isə Hadrutdan gəlmiş ustalar rekordu yeniləyərək kətənin uzunluğunu 3,03 metrə çatdırıblar.

P.S. Biz də hər il qaçqınlıq, torpaqsızlıq, Qarabağsızlıq müddəti üzrə “rekord”u təzələyirik…