Joze Manuel Barrozu: “Cənub” qaz dəhlizi XXI əsrin layihəsi olacaq”

45

İyirmi il bundan öncə bu gündə mərhum Prezident Heydər Əliyev 11 şirkətdən ibarət konsorsiumla hasilat pay71E39E4D-83EE-41F6-BC87-39F0E9B0D3CF_mw1024_s_n bölgüsü üzrə tarixi müqavilə imzalamışdır. Bunun həqiqətən də “Əsrin müqaviləsi” adlandırılması tamamilə düzgün olmuşdur. Prezidentin və iştirakçı şirkətlərin gələcəyə baxışı “Azəri-Çıraq-Günəşli” neft yataqlarının istismarı və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin inşası ilə nəticələndi. Bu gün Azərbaycan Avropanın neft ixracatında mühüm rol oynayır. Eyni zamanda, “Cənub” qaz dəhlizinin reallaşdırılması ilə bağlı irəliləyişi də qeyd edirik.
AzərTAc xəbər verir ki, bu fikirlər sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunan təntənəli mərasimdə Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun videomüraciətində səslənib.
Avropa Komissiyasının sədri daha sonra deyib: “Üç il bundan əvvəl – 2011-ci ilin yanvarında mən və Prezident İlham Əliyev Bakıda “Cənub” qaz dəhlizi ilə bağlı Birgə Bəyannamə imzaladıq. O gündən Avropa Komissiyası, tərəfdaş ölkələr və şirkətlər bu planları reallaşdırmaq üçün birgə çalışmışlar. Bütün kəmərlərin inşasının başa çatdırılması üçün əlavə 5 il tələb olunacaq. Bu dəhliz başa çatdıqdan sonra Qafqazdan Türkiyəyə, Yunanıstan və Albaniya ərazilərindən keçərək 2000 kilometrlik məsafəni qət edəcək və Xəzər dənizini Avropa İttifaqının mərkəzi ilə birləşdirəcək. Lakin bu layihə yalnız kəmər deyil, XXI əsrin mühüm strateji, enerji dəhlizidir. Bu, sözün əsl mənasında, geostrateji bir layihə olacaq”.
Bu münasibətlə Prezident Əliyevə, “Şahdəniz” konsorsiumunun üzvlərinə, “Azəri-Çıraq-Günəşli” yatağının və Bakı-Tbilisi-Ceyhan kəmərinin səhmdarlarına, Azərbaycan ilə Avropa İttifaqı arasında güclü əməkdaşlığın qurulmasında gələcəyə baxışlara malik olan hər bir kəsə təbriklərini çatdıran Joze Manuel Barrozu əmin olduğunu bildirib ki, “Cənub” qaz dəhlizi XXI əsrin layihəsi olacaq”.