Belarus və Ukrayna Rusiya ilə vahid dövlət olacağı təqdirdə çiçəklənəcəklər.
Bu sözləri Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Teleqram kanalında paylaşıb.
“Rusiya və Belarusu çoxdan vahid dövlətdə birləşdirmək lazımdır. Belarus yalnız biz bir dövlət olacağımız halda çiçəklənəcək. Gəlin insanlara sərbəst hərəkət imkanları, avrodan güclü olacaq vahid rubl verək. Ukrayna ilə də eyni şey lazımdır. Biz tarixən bir yerdə yaşamışıq və indi bunu bərpa etmək lazımdır”, – deyə o bildirib.(Axar.az)
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Elchi.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin...