Türkiyənin İzmir vilayətində, Dikili ərazisində hava ilə doldurulmuş qayıqla Egey dənizinə keçmək istəyən 83 qanunsuz miqrant saxlanılıb.
Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, miqrantların olduğu rezin qayıq sahil mühafizəsi qüvvələrinin helikopteri vasitəsilə aşkarlanıb. Saxlanılanların hamısı Əfqanıstan sakinləridir. Onlar arasında 38 uşaq da var.
Qanunsuz miqrantlar müvafiq prosedurdan sonra Miqrasiya Xidmətinin regional idarəsinə aparılıblar.