İsrailin Qəzzaya etdiyi hücumlar nəticəsində ümumilikdə 309 nəfər həlak olub, 2268 nəfər yaralanıb.
Aktual.az-ın AzNews.az-a istinadən verdiyi məlumata görə, bu barədə Fələstin Dövlətinin Səhiyyə Nazirliyindən bildirilib.
Ötən gecə Qəzzanın müxtəlif rayonlarına endirilən zərbələr nəticəsində 9 mülki fələstinlinin öldüyü qeyd olunur.
Əlavə edilib ki, iyulunun 7-dən bəri davam edən hücumlarda ölən 309 nəfərdən 74-ü uşaq, 26-sı isə qadındır.