Türkiyənin İraq və Suriya sərhədlərinə “Patriot” raketləri yerləşdirilir.
Haber10.com saytı xəbər verir ki, bu açıqlama ilə İspaniyanın Müdafiə naziri Pedro Moranes çıxış edib. Onun sözlərinə görə, yaxınlaşan hərbi əməliyyatlar səbəbindən Türkiyə sərhədlərinə hava və ballistik raket hücumu ola bilər. Buna görə də NATO üzvü olan bir ölkənin təhlükəsizliyini təmin etmək vacibdir. 6 “Patriot“ raketinin və 130 ispan əsgərinin Türkiyəyə göndəriləcəyini deyən nazir Morenes daha öncə ABŞ və Almaniya ilə bənzər hərbi tərəfdaşlığın reallaşdırıldığını qeyd edib.