Türkiyə ilə Suriya sərhədini qanunsuz yolla keçib, partlayış törətmək istəyən iki terrorçu-kamikadze zərərsizləşdirilib.
Türkiyə mətbuatına istinadən məlumatına görə, araşdırmalar zamanı məlum olub ki, onlardan biri Ankara və Adanada “canlı bomba” aksiyası hazırlayırmış.
Zərsizləşdirilən terrorçuların suriyalı olduğu və İŞİD üzvü kimi fəaliyyət göstərdikləri də müəyyənləşdirilib. Onların İŞİD-in əsas adamlarından hesab edilən “Ebu Ali” kod adlı Mustafa Dəmir ilə əlaqədə olduqları anlaşılıb. Saxlanılanlardan birinin adı Məhəmməd Ərəbdir. O, Ankara və Adanada “canlı bomba” aksiyalarını hazırlamağı planlaşdırırmış.
Məhəmməd Ərəbin üzərində 2016-cı il iyunun 21-də Suriya paytaxtı Dəməşqdən ölkənin Kamışlı şəhərinə təyyarə ilə gəldiyini təsdiqləyən bilet aşkar edilib.