“İnterpol” xəttilə axtarışa verilən şəxs Azərbaycanda tutuldu

4

 Finlandiya Respublikasının beynəlxalq axtarışa verdiyi şəxs Azərbaycanda tutulub.

“Report” xəbər verir ki, Finlandiyada vergidən yayındığına görə “İnterpol” xətti ilə axtarışda olan Rusiya Federasiyası vətəndaşı 66 yaşlı Pavel Bağırov Azərbaycanın Qusar rayonunda saxlanılıb.
Faktla bağlı Qusar Rayon Polis Şöbəsində aaraşdırma aparılır.
P.Bağırovun Finlandiyaya ekstradisiya ediləcəyi gözlənilir.