İmtahan qaydalarına zidd hərəkətlər edən abituriyentlərin nəticələri ləğv edilib

181
SHARES
317
VIEWS

Bunu da oxuyun

Dövlət İmtahan Mərkəzinin (DİM) 2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçirdiyi I və IV ixtisas qrupları üzrə qəbul imtahanı başa çatıb.

DİM-dən  verilən məlumata görə, imtahan prosesinin idarə olunması üçün Mərkəzdə operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.

Məlumatda o da bildirilib ki, bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb: “Dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, bəzi abituriyentlər tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayıblar. Bundan əlavə, imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, başqasının yerinə imtahana girmək istəyən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv edilib”.

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Elchi.az-a Milli...

Next Post

Son xəbərlər