Müğənni Nigar Camal “V element” verilişinin qonağı olub. Teleqraf.com xəbər verir ki, ifaçı şəxsi həyatı və “Eurovision” müsabiqəsi ilə bağlı maraqlı açıqlamalar verib: “Sosial şəbəkələrdə çoxlu sevgilimin olması haqqında yayılan xəbərlər yanlışdır. Kaş çoxlu sevgilim olaydı. Bir dəfə ailəli olub ayrılmışam. İkinci dəfə də ərə gedə bilərəm”.
Müğənni “Eurovision” müsabiqəsinə qatılmasından da danışıb: “Uşaqlıq illərimdən oxumağı sevirdim. Səhnəyə ilk dəfə beş yaşımda çıxmışam. Uşaqlıqdan gələcəkdə böyük bir ulduz olacağımı arzu edirdim. İngiltərədə də yaşayanda bir gün ulduz olacağımı düşünürdüm. “Eurovision” müsabiqəsinin fanatı oldum. Demişdim ki, “Eurovision”a getmək və orada qalib olmaq istəyirəm. Elə də oldu. Müsabiqədən əvvəl fərqli həyat yaşayırdım, “Eurovision”dan sonra həyatım tamamilə dəyişdi. Hərdən stress, depressiyaya düşürdüm. Düşünürdüm ki, tanınmışların heç bir problem ola bilməz. Tanındıqdan sonra haqqımda sosial şəbəkələrdə yanlış rəy yazılanda ağlayırdım. Depressiyaya düşürdüm”.