Cəhbə xəttində növbəti insident baş verib.
Axar.az erməni mətbuatına istinadən xəbər verir ki, Azərbaycan və Ermənistan hərbçiləri arasında baş vermiş atışma zamanı iki erməni əsgəri məhv edilib.
Erməni tərəfi Azərbaycan hərbçiləri arasında da itkilərin olduğunu bildirib.
***
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə APA-ya Ermənistan KİV-in Azərbaycan ordusunun itki verməsi ilə bağlı yaydığı məlumatın əsassız olduğu qeyd edilib.