Azərbaycan Respublikası “Yeni Yurd” Sosial İnkişaf və “Xocalı Soyqırımını Tanıtma” ictimai birliklərinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünü qoruyan zabit, gizir və əsgərlərlə mütəmadi görüşlər keçirilir. Əsasən, cəbhə bölgələrində təşkil olunan görüşlərdə incəsənət ustaları maraqlı konsert proqramları ilə çıxış edirlər.
Xəbər verildiyi kimi, növbəti tədbirlərdən biri, öz həyatı bahasına 30-dan çox erməni terrorçusunu qətlə yetirmiş Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun xidmət etdiyi hərbi hissədə oldu.
Bu görüşün baş tutmasına dəstək verən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyinə təşkilatçılar adından öz minnətdarlığımı bildirirəm.
Bizim devizimiz:”Hər şey Vətən üçün, hər şey erməni terrorçuları və onları dəstəkləyənlər üzərində tarixi Qələbə naminə!”
Şəkildə: “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri, ” Yeni Yurd”Sosial İnkişaf ictimai birliyinin icraçı direktoru, “Ana harayı” qəzetinin baş redaktoru, “Tərəqqi”medalının mükafatçısı, müharibə veteranı Şamil Sabiroğlu “N”saylı hərbi hissənin şəxsi heyəti qarşısında çıxış edərkən.
.