“Report”un Gürcüstan bürosu xəbər verir ki, Nika Melianın bəyanatı Vətənpərvərlər Alyansı Partiyasının deputatlarını qıcıqlandırıb.
Deputat yenidən Gürcü Arzusu Partiyasını tənqid edərək onların seçkiləri saxtalaşdırdıqlarını bildiriblər. Bundan sonra isə reqlamentə uyğun olaraq İrma İnaşvili çıxış edib. Nika Melia isə onun sözünü bir neçə dəfə kəsib. İrma İnaşvili deputatı sakitləşməyə, dərman qəbul etməyə və açıq havaya çıxmağa çağırıb, sonra isə Nika Melianın yanına gedib və mübahisə edib.
Bundan sonra Gürcüstan parlamentinin iclas zalında vəziyyət gərginləşib. Gürcü Arzusu, Milli Hərəkat və Vətənpərvərlər Alyansı partiyalarının deputatları arasında fiziki qarşıdurma baş verib.
“Burada heç nə baş vermir, həmkarlarım, Milli Hərəkat Partiyası vəd etdiyimiz uğursuzluğu qəbul edə bilmir,” – deyə İrakli Kobaxidze parlament sədri tribunasından bildirib.
Daha sonra parlamentin sədri texniki fasilə elan edib.
İsrailin Qəzzaya hücumları gecə boyu davam etdi: 13 fələstinli öldü
Qəzza zolağında işğalını davam etdirən İsrail ordusunun müxtəlif nöqtələrə təşkil etdiyi hücumlarda 13 fələstinli şəhid olub. Əksəriyyəti uşaq və qadınlardan...