Bu gün baş tutan “Traktor” və “Sepahan” komandalarının oyunundan sonra Ehsan İsmaildoxt, Mehdi Həmzeyi və Babək Siami həbs ediliblər.
Buna səbəb kimi onların alınlarında “Qarabağ” yazılı sarğıların olması göstərilib. Həbs edilənlərin hər üçün Sulduz şəhərindəndir.
Qeyd edək ki, bu gün “Traktor” klubu “Sepahan”ı 2-0 hesabı ilə məğlub edib.
Oyunun əvvəlindən başlayaraq, “Traktor” azarkeşləri Ermənistanın Baş naziri Nikol Paşinyana etiraz olaraq “Qarabağ bizimdir, bizim olacaq” şüarları səsləndiriblər, müstəqil Azərbaycanın üçrəngli bayrağına sevgilərini nümayiş etdiriblər.
Xatırladaq ki, N.Paşinyanın İranda “Ararat” klubunda erməni icması ilə görüşü zamanı “Qarabağ Ermənistandır və Son” plakatı qaldırılıb. İran dövlətinin bu plakatın qaldırılmasına göz yummasına etiraz olaraq güneyli fəallar aksiyalara start verib.