Gürcüstanın Qurcaani rayonunda güclü külək və yağış bir sıra problemlər yaradıb.
“Report”un yerli bürosu xəbər verir ki, ötən gecə rayonda müşahidə olunan qasırğalı külək rayonun Kalauri və Şaşiani kəndlərində məktəb və yaşayış binalarının dam örtüklərini uçurub.
Vazisubani kəndində irigövdəli ağacların yola aşması nəticəsində mərkəzi yolda avtomobillərin hərəkəti dayandırılıb.
Təbiət hadisəsi zamanı xəsarət alan olmayıb.
Qurcaani rayon rəhbərliyi fəsadların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirir.
İsrail ordusu “Hizbullah”ın infrastrukturuna zərbələr endirdiyini açıqlayıb
İsrail hərbçiləri gecə saatlarında “Hizbullah” təşkilatının Livandakı silahlı qanadının hədəflərinə yeni silsilə hücumlar həyata keçirib. Elchi.az xəbər verir ki, bu...