Gürcüstanın Qurcaani rayonunda güclü külək və yağış bir sıra problemlər yaradıb.
“Report”un yerli bürosu xəbər verir ki, ötən gecə rayonda müşahidə olunan qasırğalı külək rayonun Kalauri və Şaşiani kəndlərində məktəb və yaşayış binalarının dam örtüklərini uçurub.
Vazisubani kəndində irigövdəli ağacların yola aşması nəticəsində mərkəzi yolda avtomobillərin hərəkəti dayandırılıb.
Təbiət hadisəsi zamanı xəsarət alan olmayıb.
Qurcaani rayon rəhbərliyi fəsadların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirir.
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
İsveç gömrüyü ölkə tarixində ən böyük kokain müsadirələrindən birini həyata keçirərək ötən həftə Stokholm yaxınlığındakı limanda 1,4 tona yaxın narkotik...