APA-nın “Armenia today” saytına istinadən verdiyi xəbərə görə, G. Safaryan hazırda həbsdədir. Onun barəsində təşkilatın 4 üzvü ilə birlikdə kütləvi iğtişaş hazırlamaq ittihamı ilə 2 ay müddətinə həbs tədbiri seçilib.
Hüquq müdafiəçilərinin müşahidə qrupu G. Safaryana baş çəkib. Onun aclıq edən məhbuslar üçün nərədə tutulan kameraya köçürüldüyü bildirilib.