Azərbaycan ona təqdim ediləcək bu fürsəti dəyərləndirməlidir.
Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində politoloq Orxan Qafarlı paylaşıb. Onun sözlərinə görə, bu sammit Bakı üçün çox önəmlidir:
“Türkiyədə gerçəkləşəcək G20 sammitinə az zaman qalıb. 14 noyabrda Antalyada baş tutacaq sammitə Azərbaycan Türkiyə tərəfindən qonaq olaraq dəvət edilib. Bakı və Ankara üçün bu sammit çox önəmli olacaq. Azərbaycan ona təqdim ediləcək bu fürsəti dəyərləndirməlidir. G20-nin gündəmi Suriya mövzusuna doğru yön alsa da, Qarabağ və enerji məsələsinin də burada dünya liderləri tərəfindən müzakirəsinə imkan yaranacaq. Türkiyə bu zirvəyə bir daha 20 il sonra rəhbərlik edəcək”.
– See more at: http://axar.az/news/65703#sthash.DgBpCWCs.dpuf