Gəncə şəhər İcra Hakimiyyəti və “İDEA” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində keçirilən “Yaşıllaşdırma Marafonu” davam edir.
Şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, bu gün Gəncənin bütün idarə, müəssisə və təşkilatların kollektivləri, YAP fəalları, tələbə-gənclər, ictimaiyyət nümayəndələri “Yaşıllaşdırma Marafonu” çərçivəsində keçirilən ağacəkmə aksiyasına qoşulublar. Şəhərdə Heydər Əliyevin adını daşıyan Park-kompleksdə 3000-dən çox Eldar şamı əkilib.
Qeyd olunub ki, “Yaşıllaşdırma Marafonu” çərçivəsində keçirilən ağacəkmə aksiyası may ayının sonuna kimi davam edəcək.