Gədəbəydə itkin düşmüş şəxslə bağlı dəhşətli fakt üzə çıxdı

6

Gəncə Ağır Cinayətlər Məhkəməsində Gədəbəydə qətl törətməkdə təqsirləndirilən Zakir İsgəndərovun cinayət işi üzrə məhkəmə iclası başlayır.

Elchi.az ölkə.az-a istinadən bildirir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçiriləcək məhkəmə baxış iclası may ayının 14-nə təyin edilib.

İttihama görə, ötən il iyulun 6-da Gədəbəy rayonunda Cəyir çayının Günəş kəndinin ərazindən keçən hissəsində iyulun 2-dən itkin düşmüş Ərtəpə kənd sakini Emin Bədəlovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Faktla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Emin Bədəlovu küt alətlə qətlə yetirməkdə şübhəli bilinən Söyüdlü kənd sakini Zakir İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.

İstintaq orqanı tərəfindən Zakir İsgəndərovun barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.