“Formula 1” ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçəcək

26

“Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar aprelin 23-dən 29-dək daxili işlər orqanlarının bütün qurumlarının əməkdaşları gücləndirilmiş iş rejiminə keçəcək.

“Report”un xəbərinə görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 26-28 apreldə olacaq.