Vyanada ATӘT-in Minsk qrupu üzvlәri ilә hәmsәdrlәr bir araya gəlib.
ANS PRESS-in məlumatına görə, tərəflər arasında Dağlıq Qarabağ münaqişəsi ilә bağlı danışıqlar baş tutub.
Bu barәdә ATӘT-in Minsk qrupunun amerikalı hәmsәdri Ceyms Uorlik özünün “tvitter” sәhifәsindә yazıb.
“Dağlıq Qarabağ münaqişəsi ilә bağlı tәdbirlәr vә növbәti addımlarla bağlı Vyanada ATӘT-in Minsk qrupu üzvlәri ilә faydalı danışıqlar apardıq”, – deyә C.Uorlik qeyd edib.
Amerikalı həmsədr bundan əvvəl yazdığı tvitdə ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağmünaqişəsinin həlli üzrə həmsədrlərin Minsk qrupunun digər üzvlərini danışıqlar prosesinin gedişi və təmas xəttindəki insidentlər barədə məlumatlandıracaqlarını bildirmişdi.