Fabio Kapello birgə çalışdığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

5

Məşhur italiyalı məşqçi Fabio Kapello birgə çalışdığı ən yaxşı futbolçuların adlarını açıqlayıb.

“Report” calciomercato.com saytına istinadən xəbər verir ki, 73 yaşlı mütəxəssis bir neçə nəfəri fərqləndirib. O, ilk növbədə hücumçular – hollandiyalı Marko van Basten və braziliyalı Ronaldonun adlarını çəkib: “Karyeramda həmçinin iki əla müdafiəçi olub. Bunlar Paolo Maldini və Franko Barezidir. Onları unuda bilmərəm”.

Qeyd edək ki, 1987-2018-ci illər arasında baş məşqçi kimi fəaliyyət göstərən F.Kapello bu müddətdə İtaliyanın “Milan”, “Roma”, “Yuventus”, İspaniyanın “Real Madrid”, Çinin “Tszyansu Sunin” klublarında, eləcə də İngiltərə və Rusiya yığmalarında çalışıb. O, İtaliya və İspaniya çempionu olmaqla bərabər, Çempionlar Liqasını qazanıb.