“Evimdə Yaşarın hər yerdə şəkilləri var” – xalq artisti

21 Mart 2018 - 16:00

Elchi.az lent.az-a istinadən müsahibəni təqdim edir.

“Sən yaxşı qızsan Gülnar…” – bu sözlər hər birimizin xatirində dərin iz salan “Səni axtarıram” tamaşasındandır. Həmin tamaşa ki, onu bir gecənin içərisində məşhur etdi. Minlərlə tamaşaçı sevgisi qazandırdı. Bu sevgi bəlkə də ona şəxsi həyatını qurmaqda da mane oldu. Amma sənətə, teatra, səhnəyə olan sevgisinə hər gün bir az güc, qüvvət verdi. Bir müddət səhnələrdən uzaqlaşdı. Amma tamaşaçının Gülnara olan məhəbbəti bir an olsun belə azalmadı. O, təpədən dırnağa səmimiyyətlə, mehribanlıqla yoğrulmuş insandır. Canı ilə, qanı ilə Şuşalıdır. Bütün qəlbi ilə əsl aktrisadır. Beləliklə, bu günkü “Dördüncü divar” lahiyəsinin qonağı həmişə yaxşı qız olan Milli Akademik Dram Teatrının aktrisası, xalq artisti Firəngiz Mütəllimovadır.

– “Almaz” tamaşasındakı Fatmanisə rolunuzla sübut etdiniz ki, aktrisa üçün heç bir ştamp yoxdur. Bu həm də sizin sənətkar kimi böyüklüyünüzdən irəli gələn faktor idi…

– Mən həyatımla rolumun fərqini bilirəm. Həyatda bilirəm ki, Firəngizəm. Amma səhnədə hər bir rolu ifa edə bilərəm. Azər Paşa müəllim də Fatmanisə obrazını mənə həvalə edəndə həmin obrazı yaratmaq barədə bir xeyli düşündüm. Çalışdım ki, məhz özümün Fatmanisəmi yaradım. Misal üçün, müştüklə səhnəyə çıxmadım. Onsuz da Fatmanisə tez-tez tüpürürdü. Bu da onun tənbəki çəkməsindən xəbər verirdi. Sonra da Azər Paşa müəllimlə birlikdə özüm də müxtəlif tapıntılar əlavə etdim. Əslində, heç özüm də təsəvvür etmirdim ki, rol belə yaxşı alınacaq. Çünki biz səhnədə olanda özümüzü görmürük. Bizi siz tamaşaçılar daha yaxşı görürsünüz. Tamaşaçıların və müxtəlif sənət zövqü olan insanların fikrincə isə Fatmanisə obrazı alındı. Mənim üçün də çox xoş oldu ki, tamaşada iştirak edən sənət dostlarımla birlikdə rolun öhdəsindən gələ bildim.

– Sizinlə “Qanlı Nigar” tamaşası ərəfəsində söhbət edərkən də öz Nigarınızı yaratmağınızı vurğulamışdınız…

– Bəli. Mən çox istəyirəm ki, yaradacağım obrazı öz içimdən gələn düşüncələrim, rastlaşdığım müşahidələrim əsasında yaradım. Mən özüm qadınam axı… Misal üçün mənim on üç yaşımda elə səhvim olub ki, indi yadıma düşəndə gülürəm. Niyə də ağlayım? Sonra on beş, iyirmi yaşım olub. O zaman ürək ağrısı gətirən səhvlər indi çox xırda görsənir.

– Bəzən otuz yaşda olan səhvə belə gülmək olur…

– Bəli. Tamamilə haqlısınız. Bəzən sənə ən ağır gələn, səni stressə salan nələrəsə də qəhqəhə çəkib gülə bilirsən. Göz yaşı insanı hər şeydən xilas etmir axı. Deyilmiş fikir olsa da, həqiqətən də, göz yaşı çox vaxt acizliyin əlaməti kimi təzahür edir. Ona görə də baş verənlərə gülümsəyərək, gülə-gülə də münasibət bildirmək olar.

– Firəngiz xanım, müxtəlif  erkən yaş səhvlərinə daha kamil yaşlarda gülmək nəyin əlamətidir? Təcrübə, ya həyat insanı tədricən gülməyə vadar edir?

– Həyat, təcrübə insanı məcbur edir, döyə-döyə öyrədir. Sonradan fikirləşirsən ki, ilahi nəyəsə və yaxud da kiməsə  görə o qədər göz yaşlarına dəyərdimi? Cavabı da elə tanrı yox, insan özü verir ki, dəyməzdi.

– Çoxsaylı teatr və televiziya tamaşalarınız olub. İndi onları izləyəndə aktrisalıqdan əlavə, həm də bir peşəkar tamaşaçı kimi hansı hisləri keçirirsiniz?

– Hərdən olur ki, fikirləşirəm filan tamaşada bunu belə etsəydim, daha yaxşı olardı. Və yaxud da etməsəydim. Amma elə rollarım da var ki, düşünürəm ki, onlara heç bir əmma qoymaq lazım deyil. Korlana bilər. Elə necə varsa, elə də yaxşıdır. Onu da deyim ki, hər yaşın da öz təcrübəsi var. Bu sənətdə də belədir. Sənətdə atdığın ilk addımlarda rollarını necə ifa etmisənsə, elə də qalsa, daha yaxşıdır. Sadəcə elə rollar olub ki, ürəyimcə olmayıb, amma məcbur olub ifa etmişəm.

– Bəs rejissorlarla iş prosesi məsələsində necə, o dövrün rejissorları ilə bu dövrkülər arasında fərq var?

– Yox, mənə görə fərq yoxdur. İş elə gətirib ki, mən bir çox rejissorlarla işləmişəm. Rəhmətlik Mehdi Məmmədov, daha sonra məni əlimdən tutub teatra gətirən rəhmətlik Əşrəf Quliyev,  Hüseynağa Atakişiyev, Oruc Qurbanov, sağ qalanlardan Mərahim Fərzəlibəyov, Bəhram Osmanov, Azər Paşa Nemətov və.s rejissorlarla iş birliyimiz olub. Yəni elə bir rejissor yoxdur ki, onunla işləməmiş olum. Bu da aktrisa üçün böyük xoşbəxtlikdir. Əlbəttə ki, hər bir rejissorun öz iş prinsipi var. Elə rejissor var ki, onunla işləmək daha asandır. Onun səndən nə istədiyini tez qavrayırsan. Elə rejissor da var ki, fikirlərini bir az gec çatdırır. Onda yük, təbii ki, aktyorun çiyninə düşür. Gərək aktyor özü axtara, tapa. Bütün bunlar həm də iş üslubunun gedişatından asılıdır.

– Həssas sual olsa da, maraqlıdır ki, xəstəliyinizdən sonra səhhətinizlə bağlı rejissorlardan özünüzə qarşı hər hansısa eyham, ehtiyatkarlıq hiss etdiniz?

– Qətiyyən. Əksinə, özümə qarşı dayaq, qayğı hiss etdim. Azər Paşa müəllim gələnə qədər mən ancaq repertuarımda olan tamaşaları oynayırdım. Yəni yeni tamaşada iştirak etməmişdim. O gələndən sonra elə bil, mənə ikinci ruh verdi. Elə sənət dostlarım, Nurəddin Mehdixanlı və digərləri də mənə çox dayaq oldular ki, “Almaz” tamaşasının məşqlərində mən səhhətimlə bağlı hər şeyi unudurdum. Rejissorların heç birindən hansısa eyham hiss etməmişəm, eşitməmişəm də. Mən ümumiyyətlə, səhnədə nə desələr, edə bilərəm. Fatmanisə obrazı kiçik rol olsa da, emosional və hərəkətlidir. Civə kimi bir yerdə dayanmır. Mənim əməliyyatdan sonra bircə problemim bu olub ki, hündür dabanlı ayaqqabılar geyinə bilmirəm.

– Sırf sizin üçün nəzərdə tutularaq yazılan səhnə əsəri olub?

– Sırf mənim üçün olmayıb. Amma rəhmətlik İlyas Əfəndiyev “Tənha iydə ağacı” pyesini yazarkən Gülgəz obrazını məxsusi mənim üçün yazmışdı. Mənim zarafatlarım, hirslənməyim, sevinməyim həmin rolda təzahür edib. O vaxtı İlyas müəllimdən soruşanda ki, siz necə olub ki, mənim xasiyyətlərimi belə dəqiqliklə hiss etmisiniz? O da deyirdi ki, sən bilmirsən, mən məşq vaxtı səni ağladırdım, güldürürdüm ki, xasiyyətini öyrənim. Çünki təzə pyes yazırdım.

– İlyas müəllimin bir çox əsərlərində iştirak etmisiniz.

– Bəli. Onun hardasa yeddi, səkkiz əsərində rolum olub. Elə Elçin müəllimin də xeyli əsərlərində iştirak etmişəm. Özü də baxmayaraq ki, Elçin müəllim İlyas Əfəndiyev kimi böyük dramaturqun oğludur. Amma onların sənətkarlığı arasında xeyli fərqlər var. Elçin müəllimin əsərləri daha fəlsəfidir. Əsərə, obraza vardıqca daha da dərinlərə gedirsən. Və maraqlı olan budur ki, bu gediş bitmək bilmir. Bu da aktyor üçün çox yaxşı iş prosesidir. Hər aktyor da Elçin müəllimin aktyordan nə istədiyini dərk edə bilmir. Mən Elçin müəllimin “Şekspir” əsərini öz tələbələrimlə birgə hazırladım. Tamam başqa aləmə düşmüşdüm.

İlyas müəllim də isə sırf vətənpərvərlik, nakam sevgilər mövzusu qabarıq idi. Fikir vermisinizsə, onun əsərlərində sevən sevdiyinə heç vaxt qovuşmur. Həm də İlyas müəllim heç vaxt heç nədən çəkinmirdi. Hələ sovet dövründə o tay, bu tay məsələlərini mərd mərdanə, cəsarətlə öz əsərlərinə gətirmişdi. Həm də İlyas müəllimin elə cümlələri vardı ki, onu hər aktyor da bacarıb deyə bilmirdi. İkisi də mənə görə böyük və qüdrətli sənətkardı.

– Bu yaxınlarda Zərnigar Atakişiyevə evində tənha vəziyyətdə rəhmətə getdi. Və yaxud da elə xalq artistimiz Səfurə İbrahimova da hal-hazırda tənha yaşayır, heç kimlə ünsiyyət qurmur. Sizcə, nə etmək lazımdır ki, aktyor ömrünün sonunda tənha qalmasın?

– Bilirsiniz, tənha qalmamağa aktyor gərək özünü məcbur edə. Mən o günləri efirdə Səfurə xanımı gördüm. Nə qədər sevindim ki, nə yaxşı ki, efirə çıxıb. Səfurə xanım həm çox gözəl, həm də istedadlı aktrisadır. Biz səhnədə həmişə onlara baxıb öyrənmişik. Amma sonra o, qəfildən küsdü və getdi… Düzdür, mən indi bunun səbəblərini tam dəqiqliklə bilmirəm. Çünki yaş etibarilə də onlar bizdən yaşlı nəsil hesab olunurlar. Mən həmişə də böyük sənətkarlarımızın hörmətini saxlamışam.

Amma istərdim ki, insan özü-özünü tənhalığa asanlıqla təslim etməsin. İnsanın kənara çəkilib özünə qapanması pisdir. Hamımız insanıq. Küsdüyümüz, bezdiyimiz anlar olur. Şəxsən mən özüm əməliyyatdan qayıdandan sonra ümumiyyətlə yaşamaq istəmirdim. Amma həkimlər başa salırdılar ki, sən yaşamaq istəməsən də, yaxınların sənin yaşamağını istəyirlər. Sonra tədricən özüm də ümidlənməyə başladım. Axı bu həyatı, ömrü bizə allah verib. Onunla necə gəldi davrana bilmərik. İnsan həyatın müəyyən məqamlarında yaşamaq üçün heç bir səbəb tapa bilmir. Həmin məqamda mütləq insanın doğmaları, qohumları, yaxınları onun ətrafında olmalıdır ki, ruh düşkünlüyü dərinləşməsin. Allah heç kimə tənha sonluq qismət etməsin.

– Mütaliə edirsiniz?

– Bəli. Son vaxtlar daha çox kitab oxuyuram. Düzdür, sənətimlə bağlı olduğundan daha çox pyeslər oxuyuram. Bu yaxınlarda Orxan Pamuku oxudum. Amma belə pis çıxmasın, mənə klassiklər, loru dillə desək, köhnələr daha maraqlıdır. Misal üçün, Dostoyevskinin əsərlərini dəfələrlə oxumaqdan heç vaxt yorulmuram. Və yaxud da Mopassanın novellalarını oxuyanda bir aktrisa kimi təsəvvür edirəm ki, mətndə bəhs olunan təbiətin, meşənin, hadisələrin içərisindəyəm. İndikilərdən isə həmin ləzzəti ala bilmirəm. Bu yaxınlarda Jorj Sandın “İndiana” əsərini yenidən oxudum. Çünki mənə elə gəlirdi ki, acam və həmin əsəri oxuyub doymalıyam.

– Şəxsi kitabxananız var?

– Əlbəttə, evdə özümün şəxsi kitabxanam da var. Çox kitab var. Orda mənim üçün ən qiymətli kitablar müəlliflərin öz imzaları ilə mənə bağışladıqları kitablardı.

Tələbə vaxtı mənim pullarım demək olar ki, ancaq kitablara xərclənirdi. Dünya uşaq ədəbiyyatından tutmuş, özümüzdə çap olunan yeni nə olurdusa, mütləq tapıb alırdım. İnanın, birdən fikirləşirəm ki, kitabların çoxu mənə lazım deyil. Amma atmağa heç vaxt əlim gəlməyib.

– Öz sənətinizlə bağlı nələr oxuyursunuz? Ümumiyyətlə, peşənizlə bağlı özünüzü nə dərəcədə inkişaf etdirirsiniz?

– Son vaxtlar türk serialları mənə maraqlı gədiyindən indi daha çox onların ssenariləri, aktyor ifaları ilə bağlı materiallar oxuyuram. Bu da sadəcə maraqdan irəli gəlir. Amma bütün hallarda görürəm ki, bizim məktəb, “Stanislavski texnikası” daha güclüdür. Hətta bu barədə onları bizimlə müqayisə belə etmək olmaz. Yəni bacardıqca oxumağa çalışıram. Həm də hər gün vaxtımın müəyyən hissəsini saytlardakı xəbərləri oxumağa ayırıram. Bəlkə də bu bir az mənim mütaliəmə mane olur. Tələbələrimlə yeni tamaşa üzərində işləyirik. Beynim çox vaxt bununla məşğul olur. Yəni mənim üçün oxumaq və ya izləmək çətin məsələ deyil. İstədiyim hər şeyi internet vasitəsi ilə tapa bilərəm.

Bu yaxınlarda İngiltərə teatrı “Hamlet” tamaşası ilə Bakıya gəlmişdi. Mən vaxt itkisi olmasın deyə, təkrar gedib ona baxmadım. Çünki İngiltərənin özündə həmin tamaşaya baxmışdım. Və sizə deyim ki, bizim teatrda Azər Paşa Nemətovun quruluşu ilə səhnəyə qoyulan “Hamlet” tamaşası mənim daha çox xoşuma gəlmişdi.

– Bildiyim qədəri ilə olduqca inanclı insansınız.

– Elədir. Allaha, dinə inamım böyükdür. Əməliyyatdan sonra isə hər gün iki saata yaxın dualar oxuyuram. Və oxuduqca da hiss edirəm ki, daxilən rahatlaşıb, yüngülləşirəm. Hətta başım ağrıyırsa, dualardan sonra sakitləşir. Elə bilirəm ki, hər şey çox gözəldir və belə də davam edəcək. Dualar mənə həm də çox böyük inam bəxş edir. Məhərrəmlik, orucluq aylarında Quran da oxuyuram.

– İsa Məsihin bir fikri var. Ruhunuzu söndürməyin…

– Əlbəttə. Ruh insanın yaşam qaynağıdır. Həm də dua oxumaq pis şey deyil axı. Mənim anam da həmişə dua oxuyardı. O vaxtı mən tam anlamırdım. Öz-özümə fikirləşirdim ki, adam nə qədər dua oxuyar. Sən demə, dualar onu sakitləşdirirmiş…

– Xarici ölkələrə gedəndə necə, müqəddəs yerləri ziyarət edirsiniz?

– Xarici ölkələrdə, Türkiyədə olanda camilərə gedirəm. Qardaşım Minskdə əməliyyat olunanda isə orda məscid tapa bilmədim. Kilsəyə gedib, ayətül-kürsü oxuyub salavat çevirdim. Hamı mənə baxırdı. Amma məncə, burda da qəbahət heç nə yoxdur. Məscid də, kilsə də allahın evi adlanırsa, dinindən asılı olmayaraq inanclı insanların üzünə açıqdır.

Bakıda isə daha çox Mir Möhsüm Ağanın ziyarətgahına, bir də İçərişəhərdəki evinə gedirəm.

– Şuşada da məscid vardı.

– Vardı. Biz ora gecələr xəlvət gedirdik. Bizə icazə vermirdilər. Sonralar da oranı muzey elədilər.

– Şuşa işğal olunandan sonra ananız tez-tez atanıza deyirmiş ki, “xolodelniki” niyə söndürmədin…

– Şuşa alınmışdı. Artıq yox idi. Atam gəldi, qapıdan girən kimi anam soruşdu ki, xolodelniki söndürdün? O da “yox” cavabı verdi. Anam onda çox hirsləndi, ağladı ki, niyə söndürməmisən? Atam da ona dedi ki, “Şəfiqə, mən səni necə başa salım ki, Şuşa artıq yoxdur. Xolodelnik işləsə də, işləməsə də erməni artıq Şuşadadır.” Anam həmin ərəfədə şokdaydı. Əsəb keçirirdi. İnanmırdı ki, Şuşa işğal oluna bilər. Atam deyirdi ki, onlar hətta Şuşada olanda belə son günlərə qədər anam öz biş-düşündən, mürəbbəsindən qalmırdı. O inanmırdı ki, Şuşa işğal oluna bilər.

– Şuşa ilə bağlı xatirələrinizin tükənəcəyindən ehtiyat etmirsiniz?

– Heç vaxt. İndinin özündə də atamı, anamı yuxuda görəndə mütləq onları Şuşadakı evimizdə görürəm. Real həyatda da ətrafımdakı insanların çoxu şuşalıdır. Bir də görürsən kimsə zəng vurur. Şuşa barədə danışırıq, xatirələrimizi bölüşürük. Nə Şuşa ilə, nə də xatirələri ilə üzülüşə bilmirəm. Heç istəməzdim də…

– Ananız rəhmətə gedəndən sonra evinizdən böyük bir ordunun çəkilib getdiyini deyirdiniz. İndi necə, özünüz ailə üzvlərinizə analıq edə bilirsiniz?

– Hər bir ailədə ana ordunun başçısıdır. Böyük mən olduğum üçün indi bacılarımın, qardaşımın anası kimi hesab edirəm özümü.

– Seriala da çəkilirsiniz. Səviyyə sizi qane edir?

– Tam qane etmir. Seriallarımız yaxşı formada başlayır. Sonra sıfır həddinə düşür. Mən Türkiyə istehsalı olan seriallara axıra qədər baxıram. Amma bizdə çəkilən seriallara dörd seriyadan sonra baxa bilmirəm. Sənətdən başı çıxmayan, istedadı olmayan adamların çəkildiyi seriala mən niyə baxıb vaxtımı puç etməliyəm? Misal üçün “Vicdan haqqı” serialını çox adam tərifləyir. Amma təəssüflər olsun ki,  baxa bilməmişəm. Adamın allahı var, Rövşən İsaq hansı seriala başlayıbsa, birinci mənimlə danışıb. Mənim sadəcə olaraq vaxtım yoxdur. Həm də səhhətimlə bağlı özümü çox yormaq istəmirəm. İndi çəkildiyim yeganə serial “Bacanaqlar”dı. Ona da həftədə bircə dəfə gedirəm. Həm də onlara çox öyrəşmişəm. Belə pis çıxmasın, əməliyyatdan qayıdanda yanıma gələn ilk insanlardan biri Elməddin olub. Mən onlardan həmişə qayğı və diqqət görmüşəm. Həmişə nazımla oynayıblar. Onlara da balam kimi həmişə dəstək olmuşam.

Filmlərə çox böyük məmnuniyyətlə çəkilərəm. Amma seriallar barədə gərək fikirləşim.

– Son illər sənətlə bağlı çox itkilərimiz oldu. Ən çox kimləri xatırlayırsınız?

– Hər dəfə “Qarabağnamə” əsərində çıxış edəndə İlham Əsgərov yadıma düşür. O həm mənim qrup yoldaşım, həm də “Qarabağnamə”də tərəf müqabilim idi.  Vəfa Fətullayeva ilə həmişə yaxın olmuşam. Onun gülüşü tez-tez gözümün önünə gəlir. Nəcibə Məlikova, Sofa Bəsirzadə, Məhluqə Sadıqova ilə səkkiz il bir qrim otağını bölüşmüşük. Onları xatırlayıram.

Evimdə Yaşarın (Yaşar Nuri – S.Ə.) hər yerdə şəkilləri var. Mən elə bilirəm ki, o sağdır. Heç cür təsəvvür edə bilmirəm ki, Yaşar, Telman Adıgözəlov həyatda yoxdular. Telmanın nömrəsini telefonumdan siləndə çox əzab çəkdim. Öz-özümə düşündüm ki, bir-bir adları silirəmsə, deməli artıq onların yoxluğu bir az da bu cür formada sübut olunur. Dəhşətdir.

– Bəlkə heç toxunmazdınız adlara. Qalardı…

– Yox. Bu daha pisdir. Hər dəfə kiminsə adını axtaranda onların adı rastıma çıxırdı. Çox sarsılırdım.

Yaşarın qəbrini ziyarət edə bilməmişdim. Bacılarımı da götürüb getdim. Ordan da İlhamə xanımın qəbri üstünə getdik. İnanın, orda o qədər ağladım ki, bəlkə də heç kim mənim qədər ağlamamışdı. Bir anlıq düşündüm ki, hər şeyin sonu bu torpağın altında bitir. İlhamə xanım çox həyatsevər insan idi. Ondan özümə qarşı həmişə hörmət və diqqət görmüşdüm. Ondan iynənin ucu qədər də incikliyim olmayıb. Əksinə başıma bir hadisə gələn kimi birinci yanımda olan insanlardan biri olub. Allah rəhmət etsin hamısına. Onları unutmaq mümkün deyil.

Qısa URL: http://www.elchi.az/?p=104234



Türkiyə Suriyaya əlavə qoşun göndərəcək ...

Türkiyə regionda hərbsizləşdirilmiş zona yaratmaqla bağlı Rusiya ilə bağlanmış sazişə ...
18 Sen - 18:52 / Türkiyə Suriyaya əlavə qoşun göndərəcək üçün şərhlər bağlıdır / Davamı »

Əgər bir siyasətçi övladını, ailəsini siyasi alver predmetinə çev ...

“Ailəsini siyasi alver predmetinə çevirən Paşinyanın rəhbərlik etdiyi xalqı hansı ...
18 Sen - 18:32 / Əgər bir siyasətçi övladını, ailəsini siyasi alver predmetinə çevirirsə… – Əli Həsənov üçün şərhlər bağlıdır / Davamı »

4 nəfərin ölümünə görə həbs edilən sürücüyə 10 il həbs cəza ...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 4 nəfərin ölümü ilə ...
18 Sen - 18:12 / 4 nəfərin ölümünə görə həbs edilən sürücüyə 10 il həbs cəzası verildi üçün şərhlər bağlıdır / Davamı »

Ukraynada qazın qiyməti artırılacaq ...

 Ukrayna hökuməti əhaliyə satılan təbii qazın qiymətinin tədricən artırılması ilə bağlı Beynəlxalq ...
18 Sen - 17:44 / Ukraynada qazın qiyməti artırılacaq üçün şərhlər bağlıdır / Davamı »

DSMF məsləhət almaq üçün 500 min manat ödəyəcək ...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial ...
18 Sen - 17:24 / DSMF məsləhət almaq üçün 500 min manat ödəyəcək üçün şərhlər bağlıdır / Davamı »

Rusiya bu ölkədən donuz əti idxalını məhdudlaşdırdı ...

Rusiya Polşanın Podkarpatye əyalətindən donuz əti idxalını müvəqqəti məhdudlaşdırıb. Elchi.az Trend-ə ...
18 Sen - 16:58 / Rusiya bu ölkədən donuz əti idxalını məhdudlaşdırdı üçün şərhlər bağlıdır / Davamı »

Prezident Cavid Qurbanovu “Şöhrət” ordeni ilə təltif edib ...

 Prezident İlham Əliyev Cavid Qurbanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam ...
18 Sen - 16:38 / Prezident Cavid Qurbanovu “Şöhrət” ordeni ilə təltif edib üçün şərhlər bağlıdır / Davamı »

Telman İsmayılovun bacıoğlusu ittihamları rədd edir ...

Rusiya İstintaq Komitəsi qiyabi olaraq həbs edilmiş Çerkizov bazarının keçmiş ...
18 Sen - 16:18 / Telman İsmayılovun bacıoğlusu ittihamları rədd edir üçün şərhlər bağlıdır / Davamı »

Havanın temperaturu enəcək: yağış yağacaq ...

Azərbaycan ərazisində sentyabrın 19-na olan hava proqnozu açıqlanıb. Ekologiya və ...
18 Sen - 15:56 / Havanın temperaturu enəcək: yağış yağacaq üçün şərhlər bağlıdır / Davamı »

Anar Nəcəfli yenə aparıcılıq edəcək ...

Anar Nəcəfli 24 sentyabrdan etibarən hər axşam saat 20:00-da ARB ...
18 Sen - 15:36 / Anar Nəcəfli yenə aparıcılıq edəcək üçün şərhlər bağlıdır / Davamı »

Gələn ilin Ay tutulmalarının vaxtı açıqlanıb ...

 Gələn ilin Ay tutulmalarının vaxtı açıqlanıb. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin ...
18 Sen - 15:16 / Gələn ilin Ay tutulmalarının vaxtı açıqlanıb üçün şərhlər bağlıdır / Davamı »

“Nikoil Bank”ın axtarışda olan sabiq sədri Moskvada saxlanıldı ...

“Nikoil Bank”ın İdarə Heyətinin keçmiş sədri Vasili Xamaza Moskvada saxlanılıb. ...
18 Sen - 14:47 / “Nikoil Bank”ın axtarışda olan sabiq sədri Moskvada saxlanıldı üçün şərhlər bağlıdır / Davamı »

Fikrət Qocanın oğlunu öldürən şəxsin şikayəti rədd edildi ...

Ali Məhkəmədə qəsdən adam öldürməkdə təqsirli bilinən Elnur Nəhmətovun barəsində ...
18 Sen - 14:27 / Fikrət Qocanın oğlunu öldürən şəxsin şikayəti rədd edildi üçün şərhlər bağlıdır / Davamı »

Birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb ...

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində ...
18 Sen - 14:06 / Birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb üçün şərhlər bağlıdır / Davamı »

ABŞ şirkətləri Rusiyanı tərk edə bilər ...

“Rusiya ABŞ-ın tətbiq etmək istədiyi yeni sanksiyalara cavab tədbirləri görərsə, ...
18 Sen - 13:46 / ABŞ şirkətləri Rusiyanı tərk edə bilər üçün şərhlər bağlıdır / Davamı »

Meksika prezidenti ölkəsinin müflis vəziyyətə düşdüyünü bəyan e ...

Meksikanın yeni prezidenti Andes Manuel Lopes Obrador ölkəsinin müflis vəziyyətə ...
18 Sen - 13:26 / Meksika prezidenti ölkəsinin müflis vəziyyətə düşdüyünü bəyan edib üçün şərhlər bağlıdır / Davamı »

Bu dərman insan həyatı üçün təhlükəlidir ...

Aspirin həblərindən istifadənin təhlükəli olduğu açıqlanıb. Oxu.Az xəbər verir ki, amerikalı ...
18 Sen - 13:04 / Bu dərman insan həyatı üçün təhlükəlidir üçün şərhlər bağlıdır / Davamı »

“Ağdam bandası”nın başçısının məhkəməsi başlayıb ...

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Murad Məmmədovun ...
18 Sen - 12:42 / “Ağdam bandası”nın başçısının məhkəməsi başlayıb üçün şərhlər bağlıdır / Davamı »

İranda Xəzər dənizinin adını dəyişdirirlər ...

“Xəzərin adı İranın daxili xəritələrində “Kaspian”la əvəz ediləcək”. “Report” İSNA ...
18 Sen - 12:22 / İranda Xəzər dənizinin adını dəyişdirirlər üçün şərhlər bağlıdır / Davamı »

Prezident İlham Əliyevin Masallı rayonuna səfəri başlayıb ...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Masallı rayonuna səfərə ...
18 Sen - 12:01 / Prezident İlham Əliyevin Masallı rayonuna səfəri başlayıb üçün şərhlər bağlıdır / Davamı »

“Azərbaycanın beynəlxalq təhlükəsizliyə töhfəsini yüksək q ...

NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə göstərdiyi töhfəni yüksək qiymətləndirir. Elchi.az  ordu.az-a ...
18 Sen - 11:58 / “Azərbaycanın beynəlxalq təhlükəsizliyə töhfəsini yüksək qiymətləndiririk” – NATO rəsmisi üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycandan Gürcüstana pul köçürmələri artıb ...

Ötən ay Azərbaycandan Gürcüstana 1 mln. 983 min dollar köçürülüb. ...
18 Sen - 11:38 / Azərbaycandan Gürcüstana pul köçürmələri artıb üçün şərhlər bağlıdır / Davamı »

Kamran Əliyev vitse-prezident seçildi ...

Sentyabrın 9-dan 13-dək Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində Beynəlxalq Prokurorlar ...
18 Sen - 11:18 / Kamran Əliyev vitse-prezident seçildi üçün şərhlər bağlıdır / Davamı »

Hikmət Hacıyev yüksək vəzifəyə təyin olundu ...

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Prezident Administrasiyasının xarici ...
18 Sen - 10:57 / Hikmət Hacıyev yüksək vəzifəyə təyin olundu üçün şərhlər bağlıdır / Davamı »

Avstriya kanslerinin müavini Azərbaycanda səfərdədir ...

Avstriya kanslerinin müavini Haynts-Kristian Ştraxe Azərbaycana işgüzar səfərə gəlib. “Report” ...
18 Sen - 10:37 / Avstriya kanslerinin müavini Azərbaycanda səfərdədir üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda kəpənəklərin sayı azalıb, səbəbi isə… ...

Azərbaycanda son illər ərzində həşəratlar sinfinin dünyada ən geniş yayılmış ...
18 Sen - 10:15 / Azərbaycanda kəpənəklərin sayı azalıb, səbəbi isə… üçün şərhlər bağlıdır / Davamı »

Ordumuzun mövqeləri atəşə tutuldu ...

 Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da ...
18 Sen - 09:45 / Ordumuzun mövqeləri atəşə tutuldu üçün şərhlər bağlıdır / Davamı »

Şri-Lankanın prezidenti ölkənin Avstriyadakı səfirini işdən qovdu ...

Prezident telefon zənglərinə cavab verməyən səfiri və səfirlik işçilərini işdən ...
18 Sen - 09:25 / Şri-Lankanın prezidenti ölkənin Avstriyadakı səfirini işdən qovdu üçün şərhlər bağlıdır / Davamı »

Bu dərman həyatımız üçün təhlükəlidir ...

Aspirin həblərindən istifadənin təhlükəli olduğu açıqlanıb. Elchi.az Oxu.Az-a istinadən xəbər ...
18 Sen - 09:00 / Bu dərman həyatımız üçün təhlükəlidir üçün şərhlər bağlıdır / Davamı »

Ermənistan Müdafiə Nazirliyi Nikol Paşinyanı ələ salır ...

Ermənistan tərəfi cəbhədəki vəziyyətlə bağlı həqiqəti əks etdirməyən və yalan ...
17 Sen - 19:00 / Ermənistan Müdafiə Nazirliyi Nikol Paşinyanı ələ salır üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycana payız fəslinin daxil olacağı dəqiq vaxt açıqlanıb ...

Bu il Azərbaycanda payız fəslinin başlanacağı dəqiq vaxt açıqlanıb. Azərbaycan Milli ...
17 Sen - 18:45 / Azərbaycana payız fəslinin daxil olacağı dəqiq vaxt açıqlanıb üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda ər arvadını və onun məşuqunu güllələdi – TƏF ...

Şamaxı rayonunun Pirbəhli kəndində baş verən hadisənin təfərrüatı məlum olub. ...
17 Sen - 18:25 / Azərbaycanda ər arvadını və onun məşuqunu güllələdi – TƏFƏRRÜAT üçün şərhlər bağlıdır / Davamı »

Müdafiə naziri təlimlər keçirilən bölgəyə gedib ...

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq ...
17 Sen - 18:04 / Müdafiə naziri təlimlər keçirilən bölgəyə gedib üçün şərhlər bağlıdır / Davamı »

Prezidentin Mətbuat katibi Paşinyanın cəfəng bəyanatını şərh edib ...

“Birinci dəfə deyil ki, Ermənistanın baş naziri Azərbaycanın daxili məsələləri ...
17 Sen - 17:42 / Prezidentin Mətbuat katibi Paşinyanın cəfəng bəyanatını şərh edib üçün şərhlər bağlıdır / Davamı »

Gələn il üçün Günəş tutulmalarının vaxtı açıqlanıb ...

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) 2019-cu ilin Günəş ...
17 Sen - 17:22 / Gələn il üçün Günəş tutulmalarının vaxtı açıqlanıb üçün şərhlər bağlıdır / Davamı »

XİN: Ermənistanın siyasəti nəticəsində danışıqlar prosesi təhlü ...

“Ermənistanın Baş naziri tərəfindən bu cür yalan informasiya verilməsi kontrproduktivdir ...
17 Sen - 16:58 / XİN: Ermənistanın siyasəti nəticəsində danışıqlar prosesi təhlükə altındadır üçün şərhlər bağlıdır / Davamı »

Yunanıstan nağdlaşdırma limitini ləğv edir ...

 Yunanıstanda pula nəzarətin yumşaldılacağı açıqlanıb. “Report”un verdiyi xəbərə görə, ölkənin maliyyə ...
17 Sen - 16:38 / Yunanıstan nağdlaşdırma limitini ləğv edir üçün şərhlər bağlıdır / Davamı »

Gürcüstandakı Azərbaycandilli məktəblərin rəsmi sayı açıqlanıb ...

Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli ictimai məktəblərin sayı 80 təşkil edir. ...
17 Sen - 16:18 / Gürcüstandakı Azərbaycandilli məktəblərin rəsmi sayı açıqlanıb üçün şərhlər bağlıdır / Davamı »

Sabahın hava proqnozu açıqlanıb ...

Azərbaycan ərazisində sentyabrın 18-nə olan hava proqnozu açıqlanıb. Ekologiya və ...
17 Sen - 15:57 / Sabahın hava proqnozu açıqlanıb üçün şərhlər bağlıdır / Davamı »

Genişmiqyaslı təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlar ...

Genişmiqyaslı təlimlərin keçirilməsi planına uyğun həyəcan siqnalı ilə qaldırılan qoşunların ...
17 Sen - 15:37 / Genişmiqyaslı təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur – FOTO – VİDEO üçün şərhlər bağlıdır / Davamı »

İbrahim Nehrəmlinin şirkəti məhkəməyə verildi ...

“AAC” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) “Avesta Konserni” MMC-ni məhkəməyə verib. ...
17 Sen - 15:17 / İbrahim Nehrəmlinin şirkəti məhkəməyə verildi üçün şərhlər bağlıdır / Davamı »

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən daşıyıcılara və sürüc ...

 Taxoqraf cihazı ilə təmin olunmayan və taxoqrafla bağlı qaydaları kobud ...
17 Sen - 14:55 / Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən daşıyıcılara və sürücülərə xəbərdarlıq üçün şərhlər bağlıdır / Davamı »

AZAL İsveçrəyə uçuşlara başlayır ...

“Azərbaycan Hava Yolları” QSC (AZAL) İsveçrənin Cenevrə şəhərinə uçuşlara başlayır. ...
17 Sen - 14:35 / AZAL İsveçrəyə uçuşlara başlayır üçün şərhlər bağlıdır / Davamı »

Ermənistanda binada partlayış ...

Ermənistanda beşmərtəbəli yaşayış binasında partlayış baş verib. Elchi.az Trend-ə istinadən xəbər ...
17 Sen - 14:15 / Ermənistanda binada partlayış üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda ikili vətəndaşlığa icazə verilə bilər – Deputat ...

Dünyanın bir neçə ölkəsi var ki, orada iki vətəndaşlığa icazə ...
17 Sen - 13:54 / Azərbaycanda ikili vətəndaşlığa icazə verilə bilər – Deputatdan maraqlı TƏKLİF üçün şərhlər bağlıdır / Davamı »

General Elçin Quliyevin də oğlu hərbi xidmətə gedib ...

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin oğlu ...
17 Sen - 13:34 / General Elçin Quliyevin də oğlu hərbi xidmətə gedib üçün şərhlər bağlıdır / Davamı »

“Dağlıq Qarabağ münaqişəsinin həllinin gecikməsi…” – Ərdo ...

ATƏT-in Minsk qrupu diqqətini Dağlıq Qarabağ münaqişəsinin həllinə cəmləməlidir. Trend-in ...
17 Sen - 13:14 / “Dağlıq Qarabağ münaqişəsinin həllinin gecikməsi…” – Ərdoğan üçün şərhlər bağlıdır / Davamı »

Elmar Məmmədyarov Çində işgüzar səfərdədir ...

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Davos Dünya İqtisadi Forumunun 18-20 sentyabr ...
17 Sen - 12:12 / Elmar Məmmədyarov Çində işgüzar səfərdədir üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 37,7 faiz ar ...

2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı ...
17 Sen - 11:50 / Azərbaycanda qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 37,7 faiz artıb üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanın din xadimləri Prezidentə müraciət ünvanlayıblar ...

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycanın ...
17 Sen - 11:30 / Azərbaycanın din xadimləri Prezidentə müraciət ünvanlayıblar üçün şərhlər bağlıdır / Davamı »
“Google Analytics” Göstəriciləri
generated by GADWP 

Redaktor: ƏLİ HƏZİQULİYEV


Telefon: (012) 510 8 317
Mobil: 050 205 10 99  
055-205 10 99  

Email: [email protected]
Giriş | Hazırladı "Qurdqanlı Design"