Ermənistanda dövlət qurumlarında aparılan ixtisarlardan sonra yüz məmur işsiz qalacaq.
Bunu “Joxovurd” yazıb.
Qəzetin məlumatına görə, əhaliyə xidmət göstərən sahələrin əməkdaşları başlanğıc mərhələdə ixtisar edilməyəcək. Nazirliklər birləşdirildikdən sonra isə ayrı-ayrı şöbələrdə də oxşar proses gedəcək. Məqalədə qeyd olunub ki, bu isə ixtisara düşən məmurların sayını artıracaq: “Bu zaman hökumətdə çalışan və özünü doğrultmayan əməkdaşlar işdən azad ediləcək”.
Qeyd edək ki, Ermənistanda ixtisarlar davam edir.(report.az)