Ermənistanda beşmərtəbəli yaşayış binasında partlayış baş verib.
Elchi.az Trend-ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında, Razdan şəhərində qeydə alınıb.
Partlayış baş verən yerdən elektro-detonatr, saat və partladıcını uzaqdan edarə etmək üçün cihaz tapılıb.
Hadisənin terror aktı olması ehtimalı istisna edilir.
Partlayışda xəsarət alan olmayıb.