“Təcavüzkar və ya cavab atəşi yerinə yetirən tərəf olmasından asılı olmayaraq, Ermənistan və Azərbaycan bu silahların istifadəsindən imtina etməlidir”.
APA-nın xəbərinə görə, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “Twitter” səhifəsində paylaşdığı fotoya münasibətdə bildirib.
Qeyd edək ki, bu gün ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfəri başlayıb.