Ermənistan Rusiyadan 100 milyon dollar məbləğində hərbi kredit almağın mümkünlüyünü müzakirə edir. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri David Tonoyan sentyabrın 12-də jurnalislərə bildirib.
“Reallaşacaq yeni hərbi kreditlə bağlı müzakirələr aparılır. Hazırda söhbət 100 milyon dollar məbləğindən gedir. Alınacaq silahlar barədə danışmağa ixtiyarm yoxdur. Rusiya ilə əməkdaşlıq yetərincə uğurla inkişaf edir”, – o vurğulayıb.
Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
Türkiyə Qarabağ imtahanından uğurla keçib. Elchi.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı mitinqdə çıxışı zamanı deyib....