Ermənistan Rusiyadan 100 milyon dollar məbləğində hərbi kredit almağın mümkünlüyünü müzakirə edir. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri David Tonoyan sentyabrın 12-də jurnalislərə bildirib.
“Reallaşacaq yeni hərbi kreditlə bağlı müzakirələr aparılır. Hazırda söhbət 100 milyon dollar məbləğindən gedir. Alınacaq silahlar barədə danışmağa ixtiyarm yoxdur. Rusiya ilə əməkdaşlıq yetərincə uğurla inkişaf edir”, – o vurğulayıb.
İndoneziyada vulkan püskürdü: Manado şəhərində hava limanı bağlanıb
İndoneziyanın şimalında Ruanq vulkanının vulkan püskürməsi səbəbindən Manado şəhərindəki Sam Ratulangi hava limanı müvəqqəti bağlanıb. Elchi.az xəbər verir ki, Manado şəhərindəki Sam...