Ermənistan Rusiyadan 100 milyon dollar məbləğində hərbi kredit almağın mümkünlüyünü müzakirə edir. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri David Tonoyan sentyabrın 12-də jurnalislərə bildirib.
“Reallaşacaq yeni hərbi kreditlə bağlı müzakirələr aparılır. Hazırda söhbət 100 milyon dollar məbləğindən gedir. Alınacaq silahlar barədə danışmağa ixtiyarm yoxdur. Rusiya ilə əməkdaşlıq yetərincə uğurla inkişaf edir”, – o vurğulayıb.
Aİ-dən 3 ərəb ölkəsinə 5 illik viza
AB Körfəz Ərəb ölkələrindən investisiyaları artırmağı hədəfləyir; Körfəz ərəb ölkələri Səudiyyə Ərəbistanı, Oman və Bəhreyn üçün viza qaydalarını yüngülləşdirib. Elchi.az xəbər...