Ermənistan Qarabağ ermənilərinin istəyini rədd etdi

17

Ermənistan hökuməti Azərbaycanın işğal altındakı torplaqlarında – Qarabağ bölgəsində yaradılmış qondarma rejimə maliyyə yardımı ayırmaqdan imtina edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan hökuməti Koçaryanın müdafiəsinə nitqlər söyləyən və Qarabağda “Təhlükəsizlik Şurasının sədri” vəzifəsini daşıyan Vitali Balasanyanın istefasını tələb edir. Maliyyə yardımı almaq üçün separatçıların lideri Bako Saakyanın Vitali Balasanyanla görüşdüyü və onu istefaya səslədiyi xəbər verilir.

Yerli mətbuat Yerevanın artıq 2 aydır ki, Xankəndinin pul yardımına “yox” cavabı verdiyini yazır.

Bu, Ermənistan hakimiyyətinin Qarabağ separatçılarına qarşı tətbiq etdiyi ilk sanksiyadır.