Ermənistan daha 3 hərbçinin yaralandığını etiraf etdi

1

Sərhəddə baş verən qarşıdurmada Ermənistanın 3 hərbi qulluqçusu yaralanıb.

“Report” news.am-a istinadən xəbər verir ki, bunu Ermənistanın Tavuş vilayətinin qubernatoru Ayk Çobanyan deyib.

Onun sözlərinə görə, yaralılar Berd şəhərinin xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, daha öncə Ermənistanın 2 polisinin yaralandığı açıqlanmışdı.