Elnaz Eyvaz: “Xaraktersiz adamlarla yola gedə bilmirəm…”

19 May 2018 - 08:04
Elnaz Eyvaz:

Kişilərin qadınlar haqqında saya-hesaba gəlməyəcək qədər çox fikirləri var; Fridrix Nitsşe deyir, qadın tanrının ik xətasıydı, Evripid deyir, qadının pisi qədər pis, yaxşısı qədər yaxşı varlıq yoxdur. Bəs qadınlar kişilər haqqında nə düşünür…
Faktor.az-ın “Qadın sözü” layihəsinin növbəti qonağı tanınmış şair-yazar Elnaz Eyvazdır.
 
– Kişilər deyir, qadınları anlamaq çətindir. Hətta Ziqmund Freyd qadın psixologiyasını otuz il araşdırmağına baxmayaraq, böyük suala cavab tapa bilməyib: Əslində, qadınlar nə istəyir? Sizlər bu qədər qəliz varlıqlarsınız?
– Anlamağın nə qadını, nə kişisi? Guya elə qadınlar kişiləri gözəl anlayır, qaldı kişilərin qadınları anlaması? Anlayışlı adam hər kəsi anlayır, anlayışı olmayanla nə işimiz… Ümumiyyətlə, insan mürəkkəb varlıqdır. Heç adam özü özündən baş açmır, özü nə istədiyini bilmir, o ki qala başqalarının nə istədiyi olsun. Başqa qadınların nə istədiyini deyə bilmərəm, necə ki onlar mənim nə istədiyimi deyə bilməz. Qadından qadına fərq var da. Mənim üçün sevdiyim insanların varlıqları, qarşılıqlı diqqət, sevgi, anlayış dünya varına dəyər. Heç kəsə möhtac olma, ləyaqətini qoru, vicdanına tabe ol, başqa heç nəyə və heç kəsə… Başa düşürəm, bütün bunları pulla əldə etmək olmaz, odur ki, kimlər üçünsə bu istəklər qəliz, anlaşılmaz, kimlər üçünsə təbiidir.
– Qadının kişinin qabırğasından yaradılması fikri haqqında nə düşünürsünüz?
– O barədə düşünmürəm. Əsas odur ki, qadın və kişi var. Elədirsə də, olsun. Özgənin qabırğasından yaranmamışıq ki. Bəlkə, bu səbəbdəndir ki, kişilərin əksəriyyəti qabırğa kababını çox sevir. (gülür)
– Kişilərdə sizi narahat edən cəhət nədir, xoşbəxt edən cəhət nə?
– Mənə insanlarda olan cəhətlər maraqlıdır. Son vaxtlar vicdan, ləyaqət, şərəf kimi ifadələri tez-tez işlətmək zorunda qalıram, çünki məni adamlarda əsas narahat edən bu sadaladıqlarımın olub-olmamasıdır. Bir adamda – fərq etməz, qadın, ya kişi – bunlar yoxdursa… Həəə… Baxmayın e, müəyyən qədər yaşamışam, hələ də adamların bu çatışmazlıqları ilə barışa bilmirəm, hələ də deyə bilmirəm ki, olsun da, mənə nə. Özümü didib-tökürəm ki, axı, niyə insanlar belə də olur?! Kişilərə isə yalanı, qeyri-ciddiliyi, əlləm-qəlləmliyi heç yaraşdırmıram. Bütün bunlar mükəmməl xarakter üçün çox vacib xüsusiyyətlərdir. Xaraktersiz adamlarla yola gedə bilmirəm, onları yola verə bilmirəm. “Yola vermək” ifadəsi heç mənlik deyil.
 
– Sizi narahat edən kişilər olub? Arxanızca düşən, bezdirən…
– Olmayıb desəm, inanarsınız? (gülür) Təbii ki, olub da, var da. Ancaq məni sevən, dalımca düşən, ya da siz deyən kimi, bezdirən, əl çəkməyən və sair kişiləri heç kəslə müzakirə etməyi sevmirəm. Hə-hə, yox-yox. Əl çəkməsə, cavab vermirəm, vəssalam. Elə adamlar var ki, dəyərlidir, xətri əzizdir, fəqət bu o demək deyil ki, onun sevgisinə mütləq cavab verməliyəm. Belə deyək də, “yox” deyib üzmək zorunda qalıram. Belə adamlarla gücləri yetəcəyi təqdirdə dost münasibəti saxlayıram, yox, gücü çatmayacaq, hər dəfə eyni söhbətə qayıdacaqısa, onda münasibətə biryolluq son qoyuram.
– Kişilərdə ilk nəyə önəm verirsiniz? Ağıl, pul, yoxsa yaraşıq?
– Ağlı olmayan adamın pulu və ya yaraşığı nəyimə lazımdır? Bayaq dediyim kimi, mənə görə, bir kişidə ən üstün cəhət onun özünəməxsuz xarakterinin olmasıdır, əsl kişi xarakteri: sözübütöv, ağzıbütöv, dürüst, əməli ilə dedikləri üs-üstə düşən, mərd, zəhmətkeş, heç kəsin qabağında boyun əyməyən və əliaçıq. Sevmirəm simic adamları. Sözsüz ki, bu xüsusiyyətlərə malik adam ağıllı adamdır. Onun pulu, yaraşığı, varı-dövləti mənim üçün maraqlı deyil. Bu xüsusiyyətlərə malik adam dünyanın ən zəngin adamıdır nəzərimdə.
– Kişilərin təklifinə ilk reaksiyanız necə olur? “Hə”, yoxsa “hə” demək istəyib süründürmək üçün “yox” deyirsiniz?
– Hər zaman prinsipim bu olub: heç kəsə yalandan ümid verib “süründürmək” olmaz. Kim olur-olsun, hərə özünə görə, bir kişinin oğludur, bəyənmirsən, ya da sevmirsən, sözünü qəti de. Mənə deyirlər ki, sən həmişə baltanı kökündən vurursan. Adamın ümidini biryolluq kəsirsən, qəddarsan. Bu, qəddarlıq deyil. Qəddarlıq odur ki, adama ümid ver, zamanını al, sonra ümidini öldür. Ümid öldürən adam qatildir. Bu məsələləri ağlım kəsəndən belə düşünürəm. Heç kəs mənim üçün əyləncə, ya da təsəlli yeri olmayıb. Tutar qatıq, tutmaz ayran? Elə şey olarmı? Olmaz…
Bir tanışım vardı, nişanlısı ola-ola başqasına da ümid verirdi. Deyirdim, niyə belə edirsən, axı onalrın ikisinə də yazıqdır. Deyirdi, birdən nişanım pozuldu, aramız dəydi, onda o biri olsun da.
İnsanın ürəyilə oynamaq olmaz e, vallah olmaz.
– Uşaq vaxtı sevdiyiniz, kumiriniz olan kişi olub?
– Kiməsə möhkəm düşkün olmamışam, ancaq “Uzaq sahillərdə” Mixayloya simpatiyam vardı, hesab edirdim ki, mənim sevib-seçəcəyim oğlan belə olmalıdır. Gözü qanlı, qorxmaz, sevdiklərinə sadiq, Vətənə, görəvinə düşkün. Amma mənim saydığım fələyin saydığı ilə uyğun gəlmədi…
– Heç kişilərin yerində olmaq və gözəl bir qadına kompliment demək istəmisiniz?
– Kişi olmaq, yoxsa elə yaxşı ki qadınam kimi düşüncələri ciddiyə almıram, nə olubsa-olub artıq. Çünki istər qadın, istər kişi ol, fərq etməz, ADAM olasan gərək. Vacib olan budur. Ailədə, cəmiyyətdə, kollektivdə çəkin olsun, hörmətin olsun, seviləsən, insanlara, cəmiyyətə yararlı olasan, xeyrin dəysin. Məhz qadınlara kompliment deməkdən ötrü isə heç. Mən kişi olsaydım, qadınları kompliment deməklə yox, bir qadını sevməklə, ona sadiq olmaqla onu xoşbəxt edərdim, amma olmadı, çünki mən qadın oldum. (gülür) Hərçənd, qadın kimi bu cəmiyyətdə salamat baş saxlamaq da elə kişi olmağa bərabərdir.
 
– Xəyanətə uğrasanız, nə edərdiniz? Xəyanətə uğradığınız, aldadıldığınız olub? Və bu baş verəndə reaksiyanız necə olub? Ümumiyyətlə, “kişilər xəyanətkardır” fikrinə münasibətiniz necədir?
– Düzünü, deyim, düşünmədən cavab verəcəyim sualdır bu: mən xəyanətə uğramamışam. Kimsə mənimlə yox, mənim yanımda yox, başqası ilədirsə, demək, o, artıq mənim üçün yoxmuş, mənim yanımda, ürəyimdə yeri yoxmuş ki, başqasının yanındadır. Bu da xəyanət sayılmır, adam həyatını yaşamalıdır da. O ki qaldı kişilərin xəyanətkar olmasına, belə düşünmürəm. Xəyanətkarlıq insana məxsus haldır, cinsin nə fərqi var? Bir də hər mövzuda düşüncələr fərqlidir. Məsələn, iki şəxs bir-birini sevir deyə bir yerdədirlərsə, demək, heç kəsə xəyanət edilməyib. Mənim aləmimdə əsl xəyanət odur ki, qəlbində başqası, yanında başqası olsun. Başqa dəyərləri üstün tutub sevgindən vaz keçmək həm özünə, həm də sevdiyinə xəyanətdir. Vacib deyil ki, xəyanəti bədəninlə edəsən. O ki qaldı, xəyanətə uğrasam, nə edərəm? Əvvəla, qarşılıqlı sevgi yoxsa, niyə bir yerdəyik? Yox, varsa, niyə xəyanət etsin ki? İnsandır da, çiy süd əmib. Birdən olsa da, xoşluqla qapını açıb yola salaram. Qadınlar var, görürəm, eşidirəm, əri bunu sevmir, özü də bilir, amma nə olur-olsun kişini yanında saxlamağa çalışır, hətta, daha bir uşaq doğur ki, kişi getməsin. Anlamır ki, əsas ürəkdir, o da gedib eee, haçaaandır… Nəyinə lazımdır bədəni? Burax getsin də.
– Atanızı bir kişi kimi necə xarakterizə edərdiniz?
– Atam ömrünü ailəsi, övladları üçün yaşamış, qadınına sədaqətli adamdır. Dürüst, halal, azdanışan, bir az qaraqabaq, eyni zamanda, çox mülayim, həm də çox kövrək. Qarabağ müharibəsinin ağır vaxtlarında ölkəni saran kasıblıq, aclıq vaxtlarında belə bizi hansısa əyri yolla xilas etməyi düşünmədi. Dedi, hamı necə, biz də elə. Hansı ki, ölkədə bir xaos vardı, kim harda işləyirdi, ordan əlinə keçəni dartıb dağıtdı ki, balaları acından ölməsin. Guya bizi sevmirdimi o? Yoox, bir ata öz övladlarını nə qədər sevə bilərsə, o qədər sevir məni də, qardaşımı da. Qardaşımın ailəsi, uşaqları var, yekə kişidi daha, o evə dönməyincə atam yatmır. Ancaq atam halallığı, doğru yolu bizdən də üstün tutdu.
İlk maaşımı alanda gətirib verdim atama, dedim, xeyir-dua ver, zülümlə oxutmusan məni. Alnımdan öpdü, pulu götürüb baxdı, saymadı. Dedi, qızım, ruzi-bərəkətin başından aşsın həmişə, ancaq heç vaxt haram yemə. Mən sizə haram yedirtməmişəm, sizi saxlamaqdan ötrü heç kimin qabağında yaltaqlanmamışam, alnım açıqdır, sən də heç kəsin əlinə göz dikmə. Mən də atama söz verdim və ölüncə də sözümü tutacam.
Bir dəfə dedim ki, ay papa, haçansa darda olanda peşman olmusanmı bu qədər dəqiq, dürüst, halal olduğuna? Dedi, həmin adamam da, niyə peşman olum, nə dəyişib ki?
Ömrümün axırınacan atama minnətdaram, bizim üçün etmək istəyib edə bilmədiyi gözəl nə varsa, qurban olsun halallıqla etdiklərinə. Etmədiklərini də etmiş kimi var…
Xarakterimdə atama çəkən cəhətlərim çoxdur, sadəcə, o, daha sakit yanaşır həyata, mən çox emosionalam. Məsələn, mən yalan danışan adama görə dəli oluram, o deyir, yalana nə qulaq as, nə də dəli ol.
Atamla gözəl anlaşırıq. Bir dəfə dedim, papa, bu boyda nəsil-şəcərədə məni anlayan adam sənsən, sən də ancaq dinləyib susursan, bağrım çatlayır. Güldü, zarafatla dedi, istəmirsən, heç dinləməyim.
Hisslərini dilə gətirməz, sevgisini ancaq əməlində göstərər həm bizə, həm başqalarına… Bircə dəfə bir yerdə məqamı düşüb, deyib ki, Elnazı on oğlana dəyişmərəm. O mənim gedib-gələn nəfəsimdir. Mat qaldım, yəni belə olduğunu bilirdim zatən, ancaq bunu səsləndirdiyinə mat qaldım…
Deyirlər, mən tərs adamam, bu cəhətim də ona bənzəyib. Atam da adamları yada- doğmaya bölməz, sevdiyi adam kim olur-olsun ağzının tikəsini yedirdər, amma üzü döndüsə, özü də dönüb gedər və geri qayıtmaz. Mən də eləyəm, sadəcə atam bunu çox sakit edir, əsbiləşmir, özünü didib-tökmür.
Belə… atamdır da, canımdır, ciyərimdir, ancaq özünə deyə bilmirəm… elə özü kimi…
Söhbətləşdi: Hikmət Orhun

Qısa URL: http://www.elchi.az/?p=108563



Türkiyə Suriyaya əlavə qoşun göndərəcək ...

Türkiyə regionda hərbsizləşdirilmiş zona yaratmaqla bağlı Rusiya ilə bağlanmış sazişə ...
18 Sen - 18:52 / Türkiyə Suriyaya əlavə qoşun göndərəcək üçün şərhlər bağlıdır / Davamı »

Əgər bir siyasətçi övladını, ailəsini siyasi alver predmetinə çev ...

“Ailəsini siyasi alver predmetinə çevirən Paşinyanın rəhbərlik etdiyi xalqı hansı ...
18 Sen - 18:32 / Əgər bir siyasətçi övladını, ailəsini siyasi alver predmetinə çevirirsə… – Əli Həsənov üçün şərhlər bağlıdır / Davamı »

4 nəfərin ölümünə görə həbs edilən sürücüyə 10 il həbs cəza ...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 4 nəfərin ölümü ilə ...
18 Sen - 18:12 / 4 nəfərin ölümünə görə həbs edilən sürücüyə 10 il həbs cəzası verildi üçün şərhlər bağlıdır / Davamı »

Ukraynada qazın qiyməti artırılacaq ...

 Ukrayna hökuməti əhaliyə satılan təbii qazın qiymətinin tədricən artırılması ilə bağlı Beynəlxalq ...
18 Sen - 17:44 / Ukraynada qazın qiyməti artırılacaq üçün şərhlər bağlıdır / Davamı »

DSMF məsləhət almaq üçün 500 min manat ödəyəcək ...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial ...
18 Sen - 17:24 / DSMF məsləhət almaq üçün 500 min manat ödəyəcək üçün şərhlər bağlıdır / Davamı »

Rusiya bu ölkədən donuz əti idxalını məhdudlaşdırdı ...

Rusiya Polşanın Podkarpatye əyalətindən donuz əti idxalını müvəqqəti məhdudlaşdırıb. Elchi.az Trend-ə ...
18 Sen - 16:58 / Rusiya bu ölkədən donuz əti idxalını məhdudlaşdırdı üçün şərhlər bağlıdır / Davamı »

Prezident Cavid Qurbanovu “Şöhrət” ordeni ilə təltif edib ...

 Prezident İlham Əliyev Cavid Qurbanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam ...
18 Sen - 16:38 / Prezident Cavid Qurbanovu “Şöhrət” ordeni ilə təltif edib üçün şərhlər bağlıdır / Davamı »

Telman İsmayılovun bacıoğlusu ittihamları rədd edir ...

Rusiya İstintaq Komitəsi qiyabi olaraq həbs edilmiş Çerkizov bazarının keçmiş ...
18 Sen - 16:18 / Telman İsmayılovun bacıoğlusu ittihamları rədd edir üçün şərhlər bağlıdır / Davamı »

Havanın temperaturu enəcək: yağış yağacaq ...

Azərbaycan ərazisində sentyabrın 19-na olan hava proqnozu açıqlanıb. Ekologiya və ...
18 Sen - 15:56 / Havanın temperaturu enəcək: yağış yağacaq üçün şərhlər bağlıdır / Davamı »

Anar Nəcəfli yenə aparıcılıq edəcək ...

Anar Nəcəfli 24 sentyabrdan etibarən hər axşam saat 20:00-da ARB ...
18 Sen - 15:36 / Anar Nəcəfli yenə aparıcılıq edəcək üçün şərhlər bağlıdır / Davamı »

Gələn ilin Ay tutulmalarının vaxtı açıqlanıb ...

 Gələn ilin Ay tutulmalarının vaxtı açıqlanıb. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin ...
18 Sen - 15:16 / Gələn ilin Ay tutulmalarının vaxtı açıqlanıb üçün şərhlər bağlıdır / Davamı »

“Nikoil Bank”ın axtarışda olan sabiq sədri Moskvada saxlanıldı ...

“Nikoil Bank”ın İdarə Heyətinin keçmiş sədri Vasili Xamaza Moskvada saxlanılıb. ...
18 Sen - 14:47 / “Nikoil Bank”ın axtarışda olan sabiq sədri Moskvada saxlanıldı üçün şərhlər bağlıdır / Davamı »

Fikrət Qocanın oğlunu öldürən şəxsin şikayəti rədd edildi ...

Ali Məhkəmədə qəsdən adam öldürməkdə təqsirli bilinən Elnur Nəhmətovun barəsində ...
18 Sen - 14:27 / Fikrət Qocanın oğlunu öldürən şəxsin şikayəti rədd edildi üçün şərhlər bağlıdır / Davamı »

Birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb ...

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində ...
18 Sen - 14:06 / Birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb üçün şərhlər bağlıdır / Davamı »

ABŞ şirkətləri Rusiyanı tərk edə bilər ...

“Rusiya ABŞ-ın tətbiq etmək istədiyi yeni sanksiyalara cavab tədbirləri görərsə, ...
18 Sen - 13:46 / ABŞ şirkətləri Rusiyanı tərk edə bilər üçün şərhlər bağlıdır / Davamı »

Meksika prezidenti ölkəsinin müflis vəziyyətə düşdüyünü bəyan e ...

Meksikanın yeni prezidenti Andes Manuel Lopes Obrador ölkəsinin müflis vəziyyətə ...
18 Sen - 13:26 / Meksika prezidenti ölkəsinin müflis vəziyyətə düşdüyünü bəyan edib üçün şərhlər bağlıdır / Davamı »

Bu dərman insan həyatı üçün təhlükəlidir ...

Aspirin həblərindən istifadənin təhlükəli olduğu açıqlanıb. Oxu.Az xəbər verir ki, amerikalı ...
18 Sen - 13:04 / Bu dərman insan həyatı üçün təhlükəlidir üçün şərhlər bağlıdır / Davamı »

“Ağdam bandası”nın başçısının məhkəməsi başlayıb ...

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Murad Məmmədovun ...
18 Sen - 12:42 / “Ağdam bandası”nın başçısının məhkəməsi başlayıb üçün şərhlər bağlıdır / Davamı »

İranda Xəzər dənizinin adını dəyişdirirlər ...

“Xəzərin adı İranın daxili xəritələrində “Kaspian”la əvəz ediləcək”. “Report” İSNA ...
18 Sen - 12:22 / İranda Xəzər dənizinin adını dəyişdirirlər üçün şərhlər bağlıdır / Davamı »

Prezident İlham Əliyevin Masallı rayonuna səfəri başlayıb ...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Masallı rayonuna səfərə ...
18 Sen - 12:01 / Prezident İlham Əliyevin Masallı rayonuna səfəri başlayıb üçün şərhlər bağlıdır / Davamı »

“Azərbaycanın beynəlxalq təhlükəsizliyə töhfəsini yüksək q ...

NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə göstərdiyi töhfəni yüksək qiymətləndirir. Elchi.az  ordu.az-a ...
18 Sen - 11:58 / “Azərbaycanın beynəlxalq təhlükəsizliyə töhfəsini yüksək qiymətləndiririk” – NATO rəsmisi üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycandan Gürcüstana pul köçürmələri artıb ...

Ötən ay Azərbaycandan Gürcüstana 1 mln. 983 min dollar köçürülüb. ...
18 Sen - 11:38 / Azərbaycandan Gürcüstana pul köçürmələri artıb üçün şərhlər bağlıdır / Davamı »

Kamran Əliyev vitse-prezident seçildi ...

Sentyabrın 9-dan 13-dək Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində Beynəlxalq Prokurorlar ...
18 Sen - 11:18 / Kamran Əliyev vitse-prezident seçildi üçün şərhlər bağlıdır / Davamı »

Hikmət Hacıyev yüksək vəzifəyə təyin olundu ...

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Prezident Administrasiyasının xarici ...
18 Sen - 10:57 / Hikmət Hacıyev yüksək vəzifəyə təyin olundu üçün şərhlər bağlıdır / Davamı »

Avstriya kanslerinin müavini Azərbaycanda səfərdədir ...

Avstriya kanslerinin müavini Haynts-Kristian Ştraxe Azərbaycana işgüzar səfərə gəlib. “Report” ...
18 Sen - 10:37 / Avstriya kanslerinin müavini Azərbaycanda səfərdədir üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda kəpənəklərin sayı azalıb, səbəbi isə… ...

Azərbaycanda son illər ərzində həşəratlar sinfinin dünyada ən geniş yayılmış ...
18 Sen - 10:15 / Azərbaycanda kəpənəklərin sayı azalıb, səbəbi isə… üçün şərhlər bağlıdır / Davamı »

Ordumuzun mövqeləri atəşə tutuldu ...

 Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da ...
18 Sen - 09:45 / Ordumuzun mövqeləri atəşə tutuldu üçün şərhlər bağlıdır / Davamı »

Şri-Lankanın prezidenti ölkənin Avstriyadakı səfirini işdən qovdu ...

Prezident telefon zənglərinə cavab verməyən səfiri və səfirlik işçilərini işdən ...
18 Sen - 09:25 / Şri-Lankanın prezidenti ölkənin Avstriyadakı səfirini işdən qovdu üçün şərhlər bağlıdır / Davamı »

Bu dərman həyatımız üçün təhlükəlidir ...

Aspirin həblərindən istifadənin təhlükəli olduğu açıqlanıb. Elchi.az Oxu.Az-a istinadən xəbər ...
18 Sen - 09:00 / Bu dərman həyatımız üçün təhlükəlidir üçün şərhlər bağlıdır / Davamı »

Ermənistan Müdafiə Nazirliyi Nikol Paşinyanı ələ salır ...

Ermənistan tərəfi cəbhədəki vəziyyətlə bağlı həqiqəti əks etdirməyən və yalan ...
17 Sen - 19:00 / Ermənistan Müdafiə Nazirliyi Nikol Paşinyanı ələ salır üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycana payız fəslinin daxil olacağı dəqiq vaxt açıqlanıb ...

Bu il Azərbaycanda payız fəslinin başlanacağı dəqiq vaxt açıqlanıb. Azərbaycan Milli ...
17 Sen - 18:45 / Azərbaycana payız fəslinin daxil olacağı dəqiq vaxt açıqlanıb üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda ər arvadını və onun məşuqunu güllələdi – TƏF ...

Şamaxı rayonunun Pirbəhli kəndində baş verən hadisənin təfərrüatı məlum olub. ...
17 Sen - 18:25 / Azərbaycanda ər arvadını və onun məşuqunu güllələdi – TƏFƏRRÜAT üçün şərhlər bağlıdır / Davamı »

Müdafiə naziri təlimlər keçirilən bölgəyə gedib ...

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq ...
17 Sen - 18:04 / Müdafiə naziri təlimlər keçirilən bölgəyə gedib üçün şərhlər bağlıdır / Davamı »

Prezidentin Mətbuat katibi Paşinyanın cəfəng bəyanatını şərh edib ...

“Birinci dəfə deyil ki, Ermənistanın baş naziri Azərbaycanın daxili məsələləri ...
17 Sen - 17:42 / Prezidentin Mətbuat katibi Paşinyanın cəfəng bəyanatını şərh edib üçün şərhlər bağlıdır / Davamı »

Gələn il üçün Günəş tutulmalarının vaxtı açıqlanıb ...

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) 2019-cu ilin Günəş ...
17 Sen - 17:22 / Gələn il üçün Günəş tutulmalarının vaxtı açıqlanıb üçün şərhlər bağlıdır / Davamı »

XİN: Ermənistanın siyasəti nəticəsində danışıqlar prosesi təhlü ...

“Ermənistanın Baş naziri tərəfindən bu cür yalan informasiya verilməsi kontrproduktivdir ...
17 Sen - 16:58 / XİN: Ermənistanın siyasəti nəticəsində danışıqlar prosesi təhlükə altındadır üçün şərhlər bağlıdır / Davamı »

Yunanıstan nağdlaşdırma limitini ləğv edir ...

 Yunanıstanda pula nəzarətin yumşaldılacağı açıqlanıb. “Report”un verdiyi xəbərə görə, ölkənin maliyyə ...
17 Sen - 16:38 / Yunanıstan nağdlaşdırma limitini ləğv edir üçün şərhlər bağlıdır / Davamı »

Gürcüstandakı Azərbaycandilli məktəblərin rəsmi sayı açıqlanıb ...

Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli ictimai məktəblərin sayı 80 təşkil edir. ...
17 Sen - 16:18 / Gürcüstandakı Azərbaycandilli məktəblərin rəsmi sayı açıqlanıb üçün şərhlər bağlıdır / Davamı »

Sabahın hava proqnozu açıqlanıb ...

Azərbaycan ərazisində sentyabrın 18-nə olan hava proqnozu açıqlanıb. Ekologiya və ...
17 Sen - 15:57 / Sabahın hava proqnozu açıqlanıb üçün şərhlər bağlıdır / Davamı »

Genişmiqyaslı təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlar ...

Genişmiqyaslı təlimlərin keçirilməsi planına uyğun həyəcan siqnalı ilə qaldırılan qoşunların ...
17 Sen - 15:37 / Genişmiqyaslı təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur – FOTO – VİDEO üçün şərhlər bağlıdır / Davamı »

İbrahim Nehrəmlinin şirkəti məhkəməyə verildi ...

“AAC” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) “Avesta Konserni” MMC-ni məhkəməyə verib. ...
17 Sen - 15:17 / İbrahim Nehrəmlinin şirkəti məhkəməyə verildi üçün şərhlər bağlıdır / Davamı »

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən daşıyıcılara və sürüc ...

 Taxoqraf cihazı ilə təmin olunmayan və taxoqrafla bağlı qaydaları kobud ...
17 Sen - 14:55 / Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən daşıyıcılara və sürücülərə xəbərdarlıq üçün şərhlər bağlıdır / Davamı »

AZAL İsveçrəyə uçuşlara başlayır ...

“Azərbaycan Hava Yolları” QSC (AZAL) İsveçrənin Cenevrə şəhərinə uçuşlara başlayır. ...
17 Sen - 14:35 / AZAL İsveçrəyə uçuşlara başlayır üçün şərhlər bağlıdır / Davamı »

Ermənistanda binada partlayış ...

Ermənistanda beşmərtəbəli yaşayış binasında partlayış baş verib. Elchi.az Trend-ə istinadən xəbər ...
17 Sen - 14:15 / Ermənistanda binada partlayış üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda ikili vətəndaşlığa icazə verilə bilər – Deputat ...

Dünyanın bir neçə ölkəsi var ki, orada iki vətəndaşlığa icazə ...
17 Sen - 13:54 / Azərbaycanda ikili vətəndaşlığa icazə verilə bilər – Deputatdan maraqlı TƏKLİF üçün şərhlər bağlıdır / Davamı »

General Elçin Quliyevin də oğlu hərbi xidmətə gedib ...

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin oğlu ...
17 Sen - 13:34 / General Elçin Quliyevin də oğlu hərbi xidmətə gedib üçün şərhlər bağlıdır / Davamı »

“Dağlıq Qarabağ münaqişəsinin həllinin gecikməsi…” – Ərdo ...

ATƏT-in Minsk qrupu diqqətini Dağlıq Qarabağ münaqişəsinin həllinə cəmləməlidir. Trend-in ...
17 Sen - 13:14 / “Dağlıq Qarabağ münaqişəsinin həllinin gecikməsi…” – Ərdoğan üçün şərhlər bağlıdır / Davamı »

Elmar Məmmədyarov Çində işgüzar səfərdədir ...

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Davos Dünya İqtisadi Forumunun 18-20 sentyabr ...
17 Sen - 12:12 / Elmar Məmmədyarov Çində işgüzar səfərdədir üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 37,7 faiz ar ...

2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı ...
17 Sen - 11:50 / Azərbaycanda qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 37,7 faiz artıb üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanın din xadimləri Prezidentə müraciət ünvanlayıblar ...

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycanın ...
17 Sen - 11:30 / Azərbaycanın din xadimləri Prezidentə müraciət ünvanlayıblar üçün şərhlər bağlıdır / Davamı »
“Google Analytics” Göstəriciləri
generated by GADWP 

Redaktor: ƏLİ HƏZİQULİYEV


Telefon: (012) 510 8 317
Mobil: 050 205 10 99  
055-205 10 99  

Email: [email protected]
Giriş | Hazırladı "Qurdqanlı Design"