Elmar Məmmədyarov Çində işgüzar səfərdədir

78

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Davos Dünya İqtisadi Forumunun 18-20 sentyabr 2018-ci il tarixində Çin Xalq Respublikasının Tianjin şəhərində keçiriləcək illik toplantısında iştirak etmək üçün Çində işgüzar səfərdədir.

Bu barədə ELchi.az-a XİN-in mətbuat xidmətindən məlumat verilib.

Nazir Elmar Məmmədyarov “Avrasiyada inklusiv rəqəmsal inkişaf” adlı paneldə çıxış edərək inklusiv və davamlı inkişaf baxımdan ölkəmizin əldə etdiyi nailiyyətləri və təcrübəsi barədə danışacaq.

Səfər əsnasında həmçinin nazir Elmar Məmmədyarovun bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.