Elçin Quliyev Gürcüstanın daxili işlər naziri ilə görüşdü

29

Dövlət Sərhəd Хidmətinin (DSX) rəisi Elçin Quliyev Gürcüstanın Daxili İşlər Naziri Giorgi Mgebrşvili ilə görüşüb.

Bu barədə Trend-ə DSX-nın Mətbuat Mərkəzindən verilən məlumatda bildirilir.

Noyabrın 26-da Azərbaycan Res­pub­li­ka­sı­nda işgüzar səfərdə olan Gürcüstanın Daxili işlər naziri Giorgi Mgebrşvili ilə Dövlət Sərhəd Хidmətinin rəisi–Sərhəd Qоşun­lаrının Kоmаndаnı generаl-pоlkоvnik Elçin Quliyev arasında görüş keçirilib.

Görüşdə Azərbaycan – Gürcüstan dövlət sərhədin­də əmə­liy­yat şəraiti və onun inkişaf tendensiyaları müzakirə olunub, Azərbaycan Res­pub­li­ka­sı­nın Dövlət Sərhəd Xidməti və Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi arasında faydalı əməkdaşlığın hazırki vəziyyəti və perspektivləri, Avropa İttifaqı, Frontex, GUAM kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişlən­dirilməsi haqqında fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan-Gürcüs­tan dövlət sərhədin­in delimitasiyası və demarkasiyası üzrə işlərin uğurla davam etdirilməsini qeyd edib, razılaşdırılmamış ərazilər üzrə tezliklə razılıq əldə ediləcəyinə ümidvar olduqlarını bildiriblər.

Müzakirələr zamanı beynəlxalq terrorçuluğa, qanunsuz miqrasiyaya, qa­çaq­mal­çı­lı­ğa və dövlət sərhədindən digər qanunsuz fəaliyyətə qarşı mübarizə sahəsində Azərbaycan və Gürcüstan sərhədçilərinin birgə səyləri yüksək qiymətləndirilib.

Bununla yanaşı, görüş zamanı Ermənistan tərəfindən Azərbay­can Res­pub­li­ka­sı­nın 20% ərazisinin işğal edilməsinin ölkəmizin milli təhlükəsizliyi üçün əsas təhdid olaraq qaldığı və həmin ərazilərin transsərhəd cinayətkarlıq tərəfindən istifadə olunduğu xüsusi vurğulan­ıb.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.