APA-nın xəbərinə görə, bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov özünün “Facebook” səhifəsində yazıb.
Nazir bildirib ki, dövlət məmuru 200 min dollar rüşvət alarkən saxlanılıb: “Son vaxtlar mənim “Facebook”um korrupsionerlərin və rüşvətxorların reyestrinə çevrilib. Özümü də iyrəndirir. Lakin alçaqları tutmaq və bu barədə məlumat vermək vacibdir. Kiyevdəki “Ukrspetszem” dövlət müəssisəsinin direktoru Kiyev vilayətinin Obuxov rayonunda 4 hektar torpaq sahəsinin daimi istifadəsi üçün şəhadətnamə verməyin əvəzində 200 min dollar rüşvət tələb edib. Əvvəlcə 100 min dollar alıb. Daha sonra Torpaq Ehtiyatları üzrə Dövlət Agentliyi rəhbərinin müşavirinin vasitəçiliyi ilə birlikdə müvafiq olaraq 86 min və 14 min dollar alarkən cinayət başında yaxalanıb. Onlar işarələnmiş pulları evə apardıqdan dərhal sonra qapı zəngi çalınıb və müstəntiqlər, milis içəri daxil olub. Dövlət agentliyinin Kiyev vilayəti üzrə rəhbərliyi və bir kənd sovetinin sədrinin bu cinayətdə iştirakı araşdırılır”.
A. Avakov hər kəsi oxşar faktlar barədə milisə məlumat verməyə çağırıb.