Kiyev ötən cümə Donetsk regionunda heç bir hərbi əməliyyat aparmayıb və şəhəri atəşə tutmayıb.
ANS PRESS-in məlumatına görə, Ukrayna rəsmiləri Donetskin təxribat məqsədilə atəşə tutulduğunu bildiriblər.
Kiyev bəyan edib ki, bu ərazi neytraldır və separatçıların özləri artilleriya qurğularını bura gətirərək şəhəri atəşə tutur və sonra da geri çəkilirlər.
Separatçılar isə şəhərin Opıtnoye deyilən yerdən atəşə tutulduğunu iddia edir.
Qeyd edək ki, Donetskdə artilleriya bombardmanı nəticəsində 5 dinc sakin həlak olub, 20 nəfər yaralanıb. Bunlar humanitar yardım üçün növbəyə dayanmış şəxslər idi. Mərmi Rinat Axmetovun humanitar yardım qərargahının yanında partlayıb. Bununla yanaşı, Matrosov prospektində avtobusa mərmi dəyməsi nəticəsində onun sərnilşinlərindən ikisi həlak olub.
ATƏT nümayəndələri artilleriya mərmilərinin düşdüyü yerləri müayinə ediblər.